1978-ci il Konvensiyasının 34-cü maddəsində əks olunmuş bu norma SSRİ dağılandan sonra
sovet müqavilə irsinə münasibətdə yeni yaranmış varis dövlətlər tərəfindən əsas götürülmədi.
1992-ci il iyulun 6-da imzalanmış «Keçmiş İttifaqın qarşılıqlı maraq kəsb edən müqavilələrinə
münasibətdə qarşılıqlı anlaşma haqqında Memorandum» da göstərilirdi ki,
hər bir dövlət bu
müqavilələrdə iştirakı haqqında məsələni, «hər bir konkret halın spesifikasından, müqavilənin xarakter
və məzmunundan asılı olaraq müstəqil həll edir».
Varislik faktı bir sıra
müqavilələrə – dövlət sərhədini müəy yən edən müqavilələrə, habelə təşəkkül tapmaqda olan adət nor
masına görə, insan hüquqlarına dair beynəlxalq müqavilələrə heç bir
təsir göstərmir
Dostları ilə paylaş: