İqtisadi əməkdaşlıq daha çox ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Bunlara aiddir: a) çərçivə xarakterli siyasi müqavilələr, b) ticarət müqavilələri, c) ticarət-iqtisadi əməkdaşlıq haqqında uzunmüddətli müqavilələr, ç) istehsal sahəsində əməkdaşlığa dair sazişlər və. s daxildir. Subyektleri - Beynəlxalq iqtisadi hüququn əsas subyekti kimi dövlət çıxış edir. Dövlətlər
xarici iqtisadi mülki-hüquqi fəaliyyətində bilavasitə iştirak edə bilərlər.
Dövlətlərin aşağıdakı ticari-iqtisadi birliklərini də göstərmək olar: a) Azad Ticarət Zonaları b) Gömrük İttifaqları (iştirakçı dövlətlərin milli gömrük tarifləri ləğv olunur və bütün ittifaq üçün ümumi tarif tətbiq edilir) c) İqtisadi İttifaqlar (ümumi əmtəə, kapital və işçi qüvvəsi bazarı yaradılır). Transmilli korporasiyalar da müəyyən hallarda beynəlxalq iqtisadi hüququn subyekti kimi
çıxış edə bilər. 78) Beynəlxalq iqtisadi hüququn prinsipləri Beynəlxalq hüququn əsas prinsipləri bütünlüklə beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində də tətbiq
olunur. Bununla yanaşı, beynəlxalq iqtisadi hüququn xüsusi prinsipləri də mövcuddur: dövlətin öz təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində tam suverenliyi prinsipi; iqtisadi əməkdaşlıq sahəsində ayrı-seçkiliyə yol verilməməsi prinsipi; qarşılıqlı fayda prinsipi; inkişaf etməkdə olan ölkələr üçün preferensial rejim prinsipi və s. Beynəlxalq iqtisadi hüquq sahəsində, iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün hüquqi əsas
rolunu oynayan
hüquqi rejimlər mövcuddur. Prinsiplərdən fərqli olaraq,
bu hüquqi rejimlər müqavilə rejimləridir, yəni onlar yalnız maraqlı dövlətlər bu barədə razılaşdıqda tətbiq olunur .
Bunlar aşağıdakılardır: • Ən əlverişli rejim. Bir dövlət başqa bir dövlətə, onun vətəndaşlarına və hüquqi şəxslərinə
istənilən üçüncü dövlət üçün nəzərdə tutduğu və ya tətbiq edəcəyi hüquq və güzəştlər verir.