~ 86 ~
Martın 12-də keçirilən iclasda Naxçıvan və Ermənistan arasında sərhədlər ətrafında gərgin
müzakirələr oldu. 1921-ci il martın 14-də keçirilən növbəti iclasda Naxçıvanın statusu tam olaraq
müəyyənləşdirildi. Beləliklə, danışıqlarda yaranmış gərginliklərə baxmayaraq, Türkiyə nümayəndə
heyəti göstərdiyi ciddi diplomatik səylər sayəsində iclasda Azərbaycanın ərazi bütövlüyünün
qismən də olsa, qorunmasına nail oldu, Naxçıvanın heç bir dövlətə güzəştə gedilməməsi şərtilə
Azərbaycanın tərkibində muxtariyyət statusu ilə saxlanılması razılaşdırıldı.
Nəticədə ―Türkiyə və Rusiya Federativ Sosialist Sovet Respublikası arasında dostluq və
qardaşlıq haqqında müqavilə‖ 16 mart 1921-ci ildə RSFSR tərəfdən Xarici İşlər Üzrə Xalq
Komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin
Qorxmazov, Türkiyə tərəfdən isə TBMM Xarici işlər vəkili Yusuf Kamal bəy, Türkiyə nümayəndə
heyətinin üzvü Riza Nur bəy və TBMM-nin Rusiyadakı səfiri Əli Fuad paşa tərəfindən imzalandı
(5, s. 24-34). Müqavilə 20 mart 1921-ci ildə RSFSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən, bundan
4 ay sonra, 21 iyul 1921-ci ildə isə Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq olundu.
Beləliklə 16 mart 1921-ci ildə Rusiya ilə Türkiyə arasında Moskvada imzalanan ―Dostluq və
qardaşlıq haqqında müqavilə‖ hüquqi cəhətdən qüvvəyə mindi.
16 maddə, 3 əlavədən ibarət olan müqavilənin 3-cü maddəsi və I (C) əlavəsi birbaşa
Naxçıvanla əlaqədardır. Müqavilənin 3-cü maddəsində Naxçıvanla əlaqədar fikir belə ifadə
olunmuşdur: ―Razılığa gələn hər iki Tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin
içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə
razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə
getməyəcəkdir.
Naxçıvan ərazisinin Araz talveqinin şərqi ilə Dəhnə dağı (3829) – Vəli dağ (4121) –
Bağırsaq (6587), Gömürlü dağ (6930) xətti arasında yaranmış üçbucaq kəsimi, bu torpaqların
Gömürlü dağdan (6930) başlayıb, Saraybulaq dağından (8071) və Ararat stansiyasından keçərək
Qara Suyun Arazla birləşdiyi yerdə başa çatan sərhəd xətti, Türkiyə, Azərbaycan və Ermənistan
səlahiyyətli nümayəndələrindən ibarət komissiya tərəfindən təshih olunacaqdır‖ (5, s. 26-27).
Müqavilənin I (C) əlavəsində isə Naxçıvanın sərhədləri belə göstərilmişdir: ―Naxçıvan
ərazisi: Ararat stansiyası – Saraybulaq dağı (8071) – Gömürlü dağ (8839) – (8930) – (3080) – Sayat
dağ (7868) – Qurdqulaq (Kurt Kulak) kəndi – Həməsür dağı (8160) – 8022 yüksəkliyi – Kükü dağı
(10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi‖ (5, s. 34).
Moskva şəhərində imzalanmış bu ikitərəfli müqavilənin 3-cü maddəsinə əsasən Naxçıvan
ərazisinin üçüncü dövlətə güzəştə gedilməməsi şərti ilə müqavilənin birinci (C) əlavəsində qeyd
olunan sərhədlər daxilində Azərbaycanın protektoratı altında muxtar ərazi təşkil etməsi ilk dəfə
olaraq beynəlxalq müqavilə ilə təsbit olundu.
Beləliklə, Rusiya hökumətinin ermənipərəst mövqeyinə və erməni kommunistlərin riyakar
siyasətinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyətli, dönməz iradəsi, Türkiyənin prinsipial və
ədalətli mövqeyi və Behbud ağa Şahtaxtinski kimi milli mənafedən çıxış edən siyasi xadimlərin
səyləri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. Həm də Türkiyənin Naxçıvanın
muxtariyyət statusunun və əhalisinin təhlükəsizliyinin qarantı olduğu rəsmiləşdirildi. Yusif Kamal
bəy sonralar bu haqda yazmışdı ki, ―Naxçıvan müsəlmanları bir daha soyqırıma məruz qalacağı
halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdir‖ (8, s. 273).
Moska müqaviləsinin imzalanmasının çox böyük siyasi-tarixi əhəmiyyəti vardır. İlk
növbədə, bu müqavilə Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri həll etdi. Rusiya və
Türkiyə sıx ittifaqda birləşdi, təbii müttəfiqə çevrildilər. Moskva müqaviləsi Azərbaycanın ərazi
bütövlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi. Bu müqaviləyə
görə qədim türk-oğuz yurdu olan Naxçıvan Azərbaycan sərhədləri içərisində qaldı (4).
Göründüyü kimi, Naxçıvanın muxtariyyət statusu 1921-ci ildə Rusiya ilə Türkiyə arasında
imzalanan, imzalanmasının 100 ili tamam olmasına baxmayaraq bu gün də qüvvəsini itirməyən,
Moskva beynəlxalq müqaviləsi ilə təsdiqləndi. Müqavilə müddətsiz bağlanmışdır və onu imzalayan
tərəflərdən heç biri onu birtərəfli qaydada ləğv edə bilməz. Ona görə də Qars müqaviləsi kimi,
Dostları ilə paylaş: