SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə100/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   96   97   98   99   100   101   102   103   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
82-88 
 


~ 85 ~ 
üçün Moskvaya bir sıra arayışlar göndərmişdi. Bütün bunlar Sovet dövlətinin başçısı V.İ.Leninin 
diqqətini cəlb etmiş, nəticədə Siyasi Büro onun təklifi ilə Azərbaycan SSR-in tərkibində Naxçıvan 
SSR-in təşkili haqqında qərar qəbul etmişdi. 
RK(b)P Mərkəzi Komitəsinin Plenumunda bu məsələyə baxılmış və İ.Stalin, İ.Vladimirski 
və G.Çiçerindən ibarət Komissiyanın bu məsələyə baxıb öz təkliflərini MK-nin Siyasi Bürosuna 
təqdim etməsi tapşırılmışdı. Komissiya isə bu məsələyə baxaraq B.Şahtaxtinskinin məktubunda irəli 
sürülən təklifləri təhlil etmiş və nəticədə Naxçıvanın Azərbaycan SSR-in tərkibində Sovet Sosialist 
Respublikası kimi qalması haqqında qərar qəbul etmişdi.
Həmçinin B.Şahtaxtinski Moskvada olan Türkiyə nümayəndə heyəti ilə, o cümlədən 
nümayəndə heyətinin başçısı Yusif Kamal bəylə, Əli Fuad bəylə və doktor Riza Nurla danışıqlar 
aparmışdı. Ona görə də Moskva müqaviləsinin imzalanması ilə əlaqədar aparılan danışıqlarda 
Türkiyə nümayəndə heyəti Azərbaycanın mənafeyi baxımından bir sıra məsələlərin qəbul 
olunmasında israr etmiş, nəticədə bir sıra məsələlər Azərbaycanın mənafeyi baxımından həll 
olunmuşdu. Xüsusilə Naxçıvanın ərazi taleyi və onun Azərbaycanın tərkibində muxtar statusla 
saxlanması ilə əlaqədar razılıq əldə olunmuşdu.
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Kamal Atatürkün RSFSR Xalq 
Komissarları Sovetinin sədri V.İ.Leninə 26 aprel 1920-ci ildə yazdığı məktubda irəli sürülən 
RSFSR ilə Türkiyə arasında ―Dostluq və qardaşlıq haqqında‖ müqavilə bağlanması təklifi V.İ.Lenin 
tərəfindən qəbul olunmuşdu. Ona görə də, bəzi diplomatik hazırlıqlar aparıldıqdan sonra Rusiyaya 
göndərilən nümayəndə heyətinin rəhbəri Yusif Kamal bəy Mustafa Kamal paşa ilə görüşmüş və 
bəzi tapşlrıqlar almışdı. Onun ―Paşam, ruslar Naxçıvan üzərində israr edərlərsə nə edək?‖ sualına 
Mustafa Kamal paşa ―Naxçıvan türk qapısıdır, bunu nəzərə alaraq əlinizdən gələni edin‖ cavabını 
vermişdi (1, s. 425). 
1921-ci ilin fevralında Ankara hökumətinin İqtisad naziri Yusif Kamal bəyin başçılığı ilə 
Əli Fuad Cebesoy və doktor Riza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gəldikdən 
sonra Sovet Rusiyası ilə Türkiyə arasında 1921-ci il fevralın 26-da Moskvada danışıqlar başlandı 
(7, s. 46). Danışıqlarda Türkiyə tərəfdən İqtisad naziri, Kastamonu millət vəkili Yusif Kamal bəy, 
Maarif naziri, Sinop millət vəkili doktor Riza Nur bəy və Türkiyə hökumətinin fövqəladə və 
səlahiyyətli səfiri, Ankara millət vəkili Əli Fuad paşa, Rusiya tərəfdən Xarici işlər üzrə Xalq 
Komissarı və Ümumrusiya MİK-nin üzvü Georgi Çiçerin və Ümumrusiya MİK-nin üzvü 
Cəlaləddin Qorxmazov iştirak edirdi. Danışıqlarda ilk iclası açan G.Çiçerin bildirmişdi ki, 
iclasın əsas məqsədi Sovet Rusiyası ilə Türkiyə arasında ötən il ana xətləri cızılmış 
bir dostluq müqaviləsini imzalamaqdır. 
Moskva danışıqlarına Azərbaycanla bağlı məsələlərin müzakirəsi də daxil idi. Bu 
məsələlərdən biri Azərbaycanın müstəqilliyi, digəri isə Naxçıvan məsələsi idi. Moskva 
danışıqlarında Naxçıvanla bağlı əsas məsələlər konfransın 10, 12 və 14 mart tarixli iclaslarında 
gərgin müzakirə olundu. Türkiyə nümayəndə heyəti Naxçıvanın Türkiyənin himayəsində qalmasını 
istəyirdi. Lakin Sovet Rusiyası tərəfi bunu qətiyyətlə rədd edirdi. Ona görə də İ.Stalin Türkiyə 
nümayəndə heyəti ilə Naxçıvan məsələsini müzakirə etdi. Yusif Kamal bəyin xatirələrindən bəlli 
olur ki, danışıqlarda Naxçıvana dair müzakirələr xeyli uzanmışdı. Hətta İ.Stalin müzakirə zamanı 
Yusif Kamal bəydən soruşmuşdu ki, ―Naxçıvan məsələsində nə üçün bu qədər israr edirsiniz?‖ 
Mustafa Kamal paşanın Moskvaya yola düşərkən əvvəlcədən verdiyi tapşırığa əsasən Yusif Kamal 
bəy İ.Stalinə ―orası türk qapısıdır da ondan‖ (1, s. 426) cavabını vermişdi.
Moskva danışıqları zamanı martın 10-da keçirilən iclasda Türkiyə nümayəndə heyəti 
Naxçıvanın Türkiyənin himayəsində qalması təklifini verdilər. Ancaq bu təklif Rusiya 
nümayəndələri tərəfindən qəbul olunmadığı üçün Türkiyə nümayəndə heyəti Naxçıvanın Türkiyə 
ilə Azərbaycanın müştərək himayəsi altında müstəqil bir dövlət olması təklifini irəli sürdülər. 
Lakin Sovet Rusiyası tərəfi bu təklifi də qəbul etmədi. Ona görə də Türkiyə nümayəndə heyəti 
bildirdi ki, Türkiyə bölgə üzərindəki bu himayəni Azərbaycanın üçüncü bir dövlətə güzəştə 
getməyəcəyinə dair öhdəlik götürdüyü təqdirdə ona verməyə hazırdır. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin