~ 47 ~
ziyanlı ideologiyalara
cəlb
edilməsi
meyilləri
güclənib, şəbəkələşmə miqyaslı hal
alıb.
Bölgələrin ərazi fərqliliyi, əhalinin milli və tarixi xüsusiyyətləri nəzərə alınmaqla müvafiq
qurumlarda ailənin mövqeyinin ölçülə bilən və yoxlanıla bilən meyarlar
və göstəricilər sisteminin
formalaşdırılması və inkişafı məqsədə uyğundur.
Bütün
səviyyələrdə dövlət
qurumları ilə vətəndaş cəmiyyəti arasında tərəfdaşlığın güclənməsi zəruridir. Bir çox sahə
adamlarının mövqelərini ümumiləşdirərək
belə qənaətə gəlmək olar ki, milli və mədəni
xüsusiyyətlər və ənənələr nəzərə alınmaqla ailəyə sosial dəstək siyasətinin
mütərəqqi xarici
modellərinin tətbiqi arzu olunandır.
Sosial şəbəkələrin ailə dəyərlərinə mənfi təsirinin qarşısının alınması yönündə ailə dəyərlərini
təbliğ edən şəbəkə hesablarının aradılması və fəallığı diqqətdə saxlanılmalıdır. Şəbəkələr üzərindən
qurulan tanışlıqların ailə strukturuna ciddi zərbə vurması, tanışlığın get-gedə sürətlə şəxsi
münasibətlərə çevrilməsi və ailələrin dağılmasına səbəb olması ilə bağlı maarifçi tədbirlərin həyata
keçirilməsi zəruridir.
Azərbaycan
ailəsinin tarixən formalaşan, ən əhəmiyyətli xüsusiyyətlərini özündə cəmləşdirən,
intellektual, humanist,
uşaq mərkəzli, mənəvi tərbiyə,
vətənpərvərlik, təhsil potensialını, ülvi
xüsusiyyətlərini ifadə edən multimedia vasitələrinin təqdimatı, sosial çarxların hazırlanması, təbliği
və təşviqi, uğur hekayələri, gənc ailələrin inkişaf nümunələri bu sıradadır.
Azərbaycan ailəsinin
imicini formalaşdırmaq yönündə sosial media texnologiyalarının inkişafı və tətbiq edilməsi mühüm
vəzifədir.
Cəmiyyət və insan həyatının digər sahələrində baş verən dəyişikliklərə də sosial elmlər və
psixologiya eyni məsuliyyətlə sosial mühəhdis layihələrlə sonuclanan araşdırmalar aparmalıdır,
transformasiyalardan irəli gələn çağrışlara cavab verməlidir. Bunun
üçün ilk növbədə bu sahə
mütəxəssislərinin təkmilləşdirilməsinə və yenidən hazırlığına xüsusi ehtiyac vardır.
Dostları ilə paylaş: