SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə90/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   86   87   88   89   90   91   92   93   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

Açar sözlər: Şərqi Türküstan, uyğurlar, Sovet İttifaqı, İkinci dünya müharibəsi, Respublika, 
Çinin Qomindan hökuməti, Çin Xalq Respublikası 
 
GiriĢ 
Tarixi Türküstanın ayrılmaz tərkib hissəsi olan Şərqi Türküstan XX əsrdə iki dəfə 
müstəqilliyini elan etmiş olsa da, hər dəfəsində acı tale ilə üz-üzə qalmış və süqut etmişdir. VII 
əsrin ortalarında Uyğur Xaqanlığı adında dövlətə malik olan, doqquz oğuz tayfalarınin aparıcı 
qüvvəsi olan uyğurlar zəngin mədəniyyətə, oturaq həyata, yazıya malik olmuşdular. Uyğur 
xaqanının iqamətgahı Xanqay və Orxon çaylarının arasında yerləşirdi və xaqanlığın sərhəddi
şərqdə Qərbi Mancuriyanı əhatə edirdi [1, s.430]. Ümumən çox geniş coğrafiyaya malik olan 
Türküstan XIX əsrdən etibarən çarlıq Rusiyası, sonra isə Sovetlər tərəfindən işğal altında 
saxlanmış, Şərqi Türküstan isə eyni ilə Çin imperatorluğunun tabeliyində tutulmuşdur. Jan Pol Ru 
yazır ki, XX əsr uyğurlar üçün Han hakimiyyətinə qarşı, onların sistemli və məqsədli 
müstəmləkəçilik siyasətinə qarşı mübarizə əsri oldu. 
Əsas mətn 
1922-ci illərdə SSRİ adlanan, əslində isə bu cəlbedici ad altındakı yeni Rusiya Mərkəzi 
Asiyanın siyasi xəritəsini öz assimilyasiya siyasətinə uyğun olaraq dəyişdi və vahid Türküstan 
coğrafiyası bir neçə respublikaya bölünüb bu dövlətə birləşdirildi. 1924-cü ildə burada Türküstan, 
Buxara və Xivə respublikaları yaradıldı. Az sonra Türküstanın sovet rəhbərliyi bu bölgəni qazaxlar
*
Tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı 
direktoru, Bakı, Azərbaycan 
E-mail: emadatli@gmail.com
 
SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
74-81 
 


~ 75 ~ 
və özbəklər arasında böldü. 1922-ci ildə qırğızlar qazaxlardan ayrı millət olduqlarını irəli sürüb 
Türküstan daxilində muxtariyyat tələb etdilər. Türkmənlər, qaraqalpaqlar da bu yolla getdilər. Belə 
bir şəraitdə Sovet Türküstanında və Şərqi Türküstanda (Çin hökuməti bu qədim türk yurdunu 
Sıncan adlandırmışdır) uyğurlar da milli istəklərini ifadə edirdilər.
Doğu Türküstanın sakinləri olan uyğurlar ölkələrinin Çin tərəfindən işğalını əlbəttə heç bir 
zaman qəbul etməmişlərdi. Ölkələri bir barbar toprağı olmaqdan çox uzaq, yüksək bir uyqarlıq və 
kültür mərkəziydi... 751-ci ilin Talas Savaşından sonra Çinin hakimiyyətini qəbul etməli olsalar da, 
onların vətəninə 1884-cü ildə Çinin rəsmən verdiyi Sincan adını da qəbul etmir və Han 
hakimiyyətinə qarşı mübarizə aparırdılar [2, s.481]. 
XX əsrin 20-ci illərində bölgənin yerli türk-müsəlman xalqında türkçülük kimliyi oyanırdı və 
çox keçmədən Kaşqarlılar qədim Uyğur adına sahib çıxıb milli ideyanı dirçəltdilər. Bir qədər sonra 
Mərkəzi Asiyada xalqları türkəsilli və türkdilli olan Özbəkistan, Qazaxstan, Türkmənistan, 
Qırğızıstan formalaşıb Sovetlər Birliyinin subyektlərinə çevrildilər. Ölkədə həyata keçirilən 
assimiliyasiya siyasəti, eyni zamanda vahid türk xalqını parçalayıb pərakəndə hala salmaq, onları 
bir-birinə qarşı münasibətdə yadlaşdırmaq xətti yeridildi, beləliklə də Türk və Türküstan ifadələri
xalqın yaddaşında unutdurulmağa başlandı. Lakin 1920-1930-cu illərdə Şərqi Türküstanın bir sıra 
bölgələrində baş qaldıran azadlıq hərəkatları heç dayanmadı, bəzi hallarda müvəffəqiyyət qazanılıb 
qısa ömürlü Kaşkar Hökuməti kimi bölgə idarəçilikləri qurulsa da, sonunda birlik və mütəşəkkillik 
olmadığından, milli qüvvələr arasında fikir müxtəlifliyi və çəkişmələr üzündən müstəqillik əldə 
edilə bilmirdi. Əbdülbaqi Sabit Damullah belə məhəlli milli hökumətləri vahid Şərqi Türküstan 
Türk İslam Cümhuriyyəti şəklində birləşdirməyə çalışırdı və sonunda buna nail ola bildi. 
12 noyabr 1933-cü ildə Kaşqar şəhərinin kənarında, Tuman çayı sahilində 20 min nəfərlik 
mitinqdə ay-ulduzlu bayraq qaldırıldı və tanınmış islam alimi Sabit Damullah səhnəyə çıxıb Şərqi 
Türküstan Respublikasının yaradıldığını (Eastern Turkestan Republic (ETR) elan etdi. Əsgərlər 
salyut atəşləri açdılar, tələbələr himn oxudular. ―Bizim bayrağımız mavi bayraqdır, bizim Orda 
Qızıl Ordadır. Türküstan bizim Türk xalqının vətənidir və bizə də məxsus olur‖.
Sonra şəhər 
mərkəzindən paradla keçildi.
Formalaşdırılan Milli Məclisin qərarı ilə Şərqi Türküstan Hökuməti təşkil edildi. Xoca Niyaz 
Hacı dövlət başçısı və Baş Komandan,
Sabit Damullah Baş Nazir seçildi, daha 13 nəfərin üzvlüyü 
ilə hökumət kabineti quruldu [3, s.311].
Kaşqarın ilk ―Şərqi Türküstanın Həyatı‖ qəzeti nəşrə 
başladı. Krımda İsmayıl bəy Qaspıralının irəli sürmüş olduğu məşhur ―Dildə, fikirdə və əməldə 
birlik‖ şüarı qəzetin devizi idi. Vətənin milli suverenlik və müstəqillik qazandığı bəyan edildi. 
Türkiyəyə, Əfqanıstana, Hindistana, Böyük Britaniyaya teleqramla Şərqi Türküstan 
Respublikasının yaradıldığı bildirilmişdi [4, p.242] 
Bu respublikanın qurulduğunun bəyan edilməsi Şərqi Türküstanda Çinin Han hakimiyyətinin 
üzləşdiyi ciddi böhran şəraitində reallaşsa da, elan olunmuş Respublikanı Çin hakimiyyəti ilə ciddi 
qarşıdurma gözləyirdi. 
Çin rəsmiləri bu Respublikanı Böyük Britaniyanın Çinin birliyini pozmaq məqsədilə yaratdığı 
oyuncaq hökumət hesab edirdilər. O zaman Şərqi Türküstanın qonşu Sovet İttifaqı ilə sıx ticarət 
əlaqələri var idi. Sovet respublikalarının bölgədə cəlbediciliyi də Çin hakimiyyətini ciddi narahat 
edir, bu bölgənin türk xalqının Covet uyğurları və digər soydaşları ilə əlaqələrinin onların şüuruna 
təsir edəcəyindən narahatlıq doğururdu. 
Hələ 1920-ci ildə Əbdülxalıq Uyğur Şərqi Türküstan xalqını uyğur milləti olaraq vəsv edir və 
onları oyanışa çağıran şeirlər yazırdı. Osmanlı dövlətində təhsil alıb doğma Gülcəyə (Ghulja) 
dönmüş Məsud Səbri geniş maarifçilik fəaliyyəti ilə məşğul idi və Sincanın Yanq hökuməti bu 
―inqilabi fəaliyyətinə‖ görə onu həbs etmişdi. Mehmed Emin Buğra sürgündə olarkən, 1940-cı ildə 
yazırdı ki, Şərqi Türküstan... Mançu İmperiyasının müstəmləkəsidir və Çin məmurları burada xalqı 
müasir elmlərdən, bilik və təcrübələrdən məhrum edib cəhalətdə saxlayırlar [2, p.245]. 
Qeyd edilməlidir ki, SSRİ dövləti də Şərqi Türküstanda gedən prosesləri diqqətlə izləyir, 
bundan öz mənafeyinə istifadə etməyə çalışırdı. Lakin, sərhəddində bir müstəqil türk-müsəlman

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin