~ 77 ~
1937-ci ildə Şengin Sovet siyasətinə qarşı Kaşkarda böyük etiraz nümayişi keçirildi.
Yarkənddə, Yangiserdə sovet adamları və sovetyanlı yerlilərə divan tutuldu.
Müdaxilə üçün
yaranan fürsətdən istifadə edən Sovetlərin Qırğızıstandakı qoşunları hücüm edib qısa zamanda
Kaşkarı, Yarkəndi, Yangisarı, Xotanı işğal etdilər. Bu işğal zamanı bölgədə 80 min adamın qətl
edildiyinə dair məlumatlar yayılmışdı, ən çox qətlama uğrayan türklər və dunqanlar idi. Beləliklə,
Sovetlər bütün Sincandaöz mövqelərini daha da möhkəmləndirmiş oldular. Yaranmış
əlverişli
vəziyyətdən istifadə edən Şeng siyasi polisi minlərlə türkü ―pantürkist‖, imperalistlərin casusu adı
ilə məhv etdi. Hətta Şengə xidmət edən, onun müavini sayılan Xoca Niyaz da ―yapon agenti‖ kimi
edam edildi.
1938-ci ildə Şeng Moskvada Stalinlə görüşdü. Onun çoxdankı Sovet İttifaqı Kommunist
Partiyasına daxil olmaq istəyi təmin edildi. Bu arada Yaponiyanın Çinə hərbi təcavüzü SSRİ ilə
Yaponiya arasında bufer rol oynayan Sincanın strateji əhəmiyyətini daha da artırmış oldu.
SSRİ-nin II Dünya müharibəsinə qoşulması ilə bütün sovet Orta Asiyasında olduğu kimi,
tarixi Türküstan xalqlarının taleyinə də təsirsiz ötüşmədi. Müharibənin ilk aylarındakı
məğlubiyyətlər, yüz minlərlə sovet adamının əsir götürülməsi alman rəhbərliyində SSRİ
əleyhinə
müxtəlif xalqların Legion qüvvələrinin təşkil edilməsi ideyası doğurdu. Bunlardan biri də Türküstan
Legionu oldu. Almanlar 1917-1918-ci illərdə qısa müddət fəaliyyət göstərmiş Türküstan muxtar
hökumətinin başçısı olmuş Mustafa Çoqaya, 1922-1923-cü illərdəki Buxara Respublikasının
Almaniyaya təhsil almağa göndərdiyi Qayum Xana maraq göstərirdilər. 1941-ci ilin dekabrında
M.Çoqayın Berlində vəfatından sonra almanlar 13 yanvar 1942-ci ildə Qayum Xanın başçılığında
Türküstan Milli Birlik Komitəsi (TCWU) qurdular. ―Milli Türkistan‖ jurnalı nəşr edildi. Legionda
silahlı qüvvələrin sayı 180 min nəfərə çatdırıldı
[2, p.276].
Yaranmış yeni beynəlxalq şəraitdə Sincanda 1944-cü ilin
iyulunda Əli Xan Törənin
başçılığında bir qrup azadlıqsevər üsyançının çinlilərə qarşı başladığı hərəkat böyüyərək kütləvi
xarakter aldı və Han qarnizonları bölgənin Nilka, Gülcə (Ghulja), İli,
Altay və Tarbağatay
rayonlarından çıxarıldı. 1944-cü il avqustun 7-də Gülcədə üsyançılar Şərqi Türküstanda Respublika
qurulduğunu elan etdilər və Əlixan Törə cümhur başqanı seçildi. Altay xalqının öndəri Osman Batır
və bəzi digərləri bu cümhuriyyətin tərkibinə keçdilər [3 s.327].
Şərqi Türküstan Respublikası hökumətində tanınmış din xadimləri, tacirlər, torpaq sahibləri,
qabaqcıl ziyalılar təmsil olunurdular. Hökumətə nüfuzlu din xadimi Əlixan Türə Şakircanov
(Alikhan Tora Shakirjanov - özbək əsilli idi, 1985-ci ildə vəfat etmişdir) başçılıq edirdi.
Lakin o
islam üləmasından daha çox türklük ideyasını daşıyan millətçi islamçı idi və Birinci Respublika
dönəmində də fəal rol oynamışdı. SSRİ-yə mühacirət etmiş, orada ―antisovet fəaliyyətinə‖ görə
həbs edilmişdi... O, Urumçidə ABŞ
konsulu ilə görüşdə deyirdi ki, şükür olsun Allaha ki, onun
köməkliyi ilə Türküstanda İslam Hökuməti qurulub və biz Çin istismarçılarının zülmündən azad
olanadək silahı yerə qoymayacaq, ata-babalarımızdan bizə miras qalan ana yurdumuzu qoruyacağıq.
Bu Respublika mahiyyətçə Birincidən fərqlənirdi. Əvvəla, əvvəlki kimi Altışəhərdə deyil, İli
bölgəsinin Gülcə şəhərində elan edilmişdi. Birinci Respublikanı SSRİ
qəbul etmədiyi halda,
İkinciyə tam dəstək verirdi. Birinci Respublika cəmi 3 ay yaşamışdı, II Respublika isə təqribə beş il
öz mövcudiyyətini saxladı. Bu hökumət torpaq islahatı keçirdi, öz idarəetmə sistemini, valyutasını,
silahlı qüvvələrini və nəzarət etdiyi bölgələrdə öz suverenliyini təmin edə bildi. Bu, əlbəttə, II
Dünya müharibəsinin bölgədə yaratdığı geosiyasi vəziyyətlə əlaqəli idi.
O zaman Şərqi Türküstanda 4 milyon əhali var idi və Çin hökuməti buraya Han nəslindən 1
milyon əhali köçürməyi planlamışdı. 100 minlik ordu yerləşdirmək və sovet təsirini və
mövcudluğunu bölgədən yox etmək, ABŞ və Böyük Britaniyanı
dəvət etmək, Urumçidə onların
konsulluqlarını açmaq bu niyyətlə edilirdi. Təbii ki, Çinin millətçi Qomindan (GMD) hökumətinin
bu siyasəti Şərqi Türküstanın yerli türk xalqını ciddi narahat edirdi.
Sovet İttifaqı Şərqi Türküstanın qeyri-Çin mənşəli xalqlarına (uyğur, qazax, qırğız, monqol və
s.) hərbi, siyasi, ideoloji yardım edir, bölgədə Çin hakimiyyətini zəiflədib yox etmək üçün hər cür
hərəkətlərə əl atırdı. Bu həmin xalqların milli-azadlıq hərəkatına dəstək kimi şərh edilirdi. Lakin,
Yalta konfransında (4-11 fevral 1945) Alman faşizminin məhv edilməsindən sonra SSRİ-nin
Dostları ilə paylaş: