Bakı, may 2010 Azərbaycan iqtisadiyyatı 2009


Azərbaycan iqtisadiyyatı - 2009



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix15.02.2023
ölçüsü0,77 Mb.
#123412
1   ...   37   38   39   40   41   42   43   44   45
Azərbaycan-iqtisadiyyatı-Qubad-İbadoğlu-2009

Azərbaycan iqtisadiyyatı - 2009
47
Iqtisadi Tədqiqatlar Mərkəzi İqtisadi Məsələlər
üzrə İsveçrə Dövlət Katibliyi (SECO) tərəfindən
maliyyələşdirilən “Alternativ inflyasiya səviyyəsinin
hesablanması və modellərin işlənilməsi” layihəsi
çərçivəsində apardığı tədqiqat işində müxtəlif metod-
lardan istifadə etməklə Azərbaycan üçün inflyasiyanı
proqnozlaşdırıb. ARIMA, VAR və Fillips əyrisini bu
məqsədlə qiymətləndirilib. 
Eyni zamanda Mərkəzin ekspertləri tərəfindən
2000-ci ilin yanvar - 2009-cu ilin dekabr ayı üzrə
aylıq göstəricilərindən istifadə etməklə laq uzunluğu
5 və 1 olan, həmçinin 0 tərtibdə kointeqrasiya olunmuş
İQİ, məzənnə indeksi, sənaye məhsulunun qiymət in-
deksi və pul kütləsi (M2) VAR üsulu ilə model-
ləşdirilib. Tədqiqatın nəticəsində 84 parametr
qiymətləndirlib. Belə ki, 4 tənlik 5 laq (bir də konstant)
nəzərə alınmaqla: 84 (21x4) parametrdən ibarət olub.
Tədqiqat göstərib ki. inflyasiya göstəricisi özündən
əvvəlki inflyasiya hədlərindən asılıdır. Belə ki, infly-
asiya laqları artdıqca bu asılılıq da artır. Məsələn, bir
ay əvvəl İQİ-nin 1 faiz artımı indiki İQİ-ni 1.6 faiz
sürətləndirir. Manatın nominal məzənnə indeksi İQİ-
yə neqativ təsir göstərir. Məzənnənin bir ay əvvəl 1
faiz artımı İQİ-ni 0.66 faiz azaldır. Laq dərinliyi art-
dıqca İQİ və məzənnə arasında əlaqə də “rəqs” edir.
Pul kütləsinin İQİ-yə təsiri fiksə olunmuş məzənnə
siyasətinə uyğun olub. M2 pul kütləsinin 1 vahid
artımı İQİ-ni 0,003 vahid sürətləndirir. Tədqiqat
nəticəsində məlum olub ki, Sənaye məhsulunun is-
tehsalçı qiymət indeksinin də inflyasiya üzərində təsiri
aydın görünür. Modelə görə sənaye məhsulunun is-
tehsalçı qiymət indeksinin 1 vahid artımı İQİ-ni 0.03
vahid yüksəldir.
Beləliklə , qiymətləndirmələr göstərir ki, inflyasiya
gözləntiləri və keçmiş dövrün inflyasiyası cari infly-
asiyanı yaradan əhəmiyyətli faktorlardandır və onların
təsirləri təqribən eynidir. Tədqiqat işində aparılan
hesablamalr göstərir ki, qeyri-neft məcmu buraxılış
kəsrinin inflyasiya yaratmaq kanalı yoxdur. Bu
nəticənin bir neçə izahı ola bilər: (i) ÜDM hesabla-
narkən idxal məhsulları nəzərə alınmadığı halda İQİ
hesablanmasında o öz əksini tapır. İdxal məhsullarının
istehlak zənbilində payının əhəmiyyətli olduğunu
nəzərə alsaq nəticə izah olunandır (ii) digər izah isə in-
stitusional, bazar strukturu və inhisarçılıq amilləri ilə
bağlıdır. 
Tədqiqat nəticəsində məlum olmuşdur ki, Fillips
Əyrisindən inflyasiya proqnozlaşdırılmasında geniş is-
tifadə olunmasına baxmayaraq Azərbaycan Fillips
əyrisi özünü doğrultmadığından proqnozlaşdırma aləti
kimi istifadə edilməmişdir. Odur ki, ekspertlər Azər-
baycanda inflyasiyanı ARIMA, şərti VAR və şərtsiz
VAR üsulu inflyasiyanı 3 variantda proqnozlaşdırıblar. 
2010-cu il üçün inflyasiya proqnozu nəticələr
aşağıdakı cədvəllərdə öz əksini tapmışdır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin