M. C. AtakiŞİyev n. M.ŞIXƏLİyeva r. N. NurəLİyeva maliYYƏ menecmenti (Dərslik)


BÖLMƏ 6. DÖVRİYYƏ VƏSAİTLƏRİ VƏ QISAMÜDDƏTLİ KREDİTOR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə24/55
tarix22.03.2023
ölçüsü0,96 Mb.
#124247
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   55
kitabyurdu org-maliyye-menecmenti

BÖLMƏ 6. DÖVRİYYƏ VƏSAİTLƏRİ VƏ QISAMÜDDƏTLİ KREDİTOR 
BORCLARI ÜZRƏ HƏLLƏRİN QƏBULU 
 
6.1. Mənfəətlilik və risk 
Mühasibat uçotunun nəzəriyyəsinə görə dövriyyə vəsaitləri (cari aktivlər) bir il 
ərzində nağd hala keçə bilən aktivlərdir. Dövriyyə vəsaitlərinin idarə olunması, pul 
vəsaitlərinin, bazar qiymətli kağızların, debitor borclarının, əmtəə-material ehtiyatları və 
qısamüddətli öhdəçiliklərin idarə edilməsindən ibarətdir. Dövriyyə vəsaitlərinin idarə 
edilməsinin bir necə səbəbi vardır: birinci odur ki, müəssisələrin aktivlərinin çox 
hissəsini dövriyyə vəsaitləri təşkil edir. Hətta çox az miqdarda əmtəə-material 
qiymətlisi olan kommunal müəssisələrinin debitor borcları yüksək olur. Firmanın 
müvəffəqiyyətli işinin əsasını əmtəə-material ehtiyatlarının və debitor borclarının 
vəziyyətinə nəzarət təşkil edir. 
Daha kiçik kompaniyalar üçün qısamüddətli öhdəçiliklər xarici maliyyələşmənin 
əsas mənbəyidir. Bu firmaların tərpənməz əmlakın zəmanəti ilə ssudanın alınmasından 
başqa, uzunmüddətli kapital bazarına daxilolma imkanları yoxdur. Odur ki, maliyyə 
direktoru və onun köməkçiləri iş vaxtlarının çoxunu dövriyyə vəsaitləri probleminə həsr 
edirlər. Dividentlərin ödənilməsi və kapitalın quruluşu üzrə məsələlərin həllindən 
başqa, dövriyyə vəsaitləri üzrə ayda bir dəfə həll qəbul etmək olmaz. Bu fasiləsiz 
prosesdir. 


42 
Dövriyyə vəsaitləri haqqında həllərin qəbulu üzrə əsas nəticə qaytarılma riskinin 
vəziyyətinin dəyişilməsidir. 
Firmanın cari aktivlərinin vəziyyəti, dövriyyə vəsaitləri və qısamüddətli kreditor 
borclarının lazım olan səviyyəsindən asılıdır ki, bu da aktivlərin likvidliyi və borcların 
qaytarılma növbəliyi üzrə həllərin qəbulunu tələb edir. Bu həllərə isə öz növbəsində 
mənfəətliklə risk arasındakı seçim təsir edir. Firma aktivlərinin likvidliyinə təsir edən 
amillərə pul vəsaitlərinin, qiymətli kağızlarının idarə edilməsi kredit siyasəti və onun 
aparılması üsulları, əmtəə-material qiymətlilərinin əsas vəsaitlərin idarə edilməsi aid 
edilir. 
Dövriyyə vəsaitlərinin ümumi məbləğində likvid aktivlərin payı azaldıqca, bütün 
qoyuluşlardan alınan mənfəət yüksək olur. Firmanın mənfəətliliyi, müxtəlif 
maliyyələşmə üsullarında məsrəflərdəki müxtəlifliklə və mənfəətin həcmi ilə 
əlaqədardır. Qısamüddətli maliyyələşmə xərcləri ortamüddətli və uzunmüddətli 
maliyyələşmə xərclərindən azdır. Odur ki, borcların ümumi məbləğində qısamüddətli 
öhdəçiliklərin payı çox olduqca firmanın mənfəəti çox olur. 
Bir qayda olaraq, qısamüddətli faiz stavkaları uzunmüddətli stavkadan yüksəkdir, 
baxmayaraq ki, bəzən əksinə də olur. Adətən, uzunmüddətli dövr ərzində uzunmüddətli 
kreditlər üzrə qısamüddətliyi nisbətən böyük faizlər verilir. Qısamüddətli kreditlərin 
müddəti qurtardıqda onları daima yenidən almaq olar. Bu ssudaların üstün cəhəti 
yüksək mənfəətin alınmasıdır, çünki borc qaytarıldıqda artıq bu vəsaitlərə ehtiyac 
qalmır. 
Mənfəətlilik haqqında fikirləşdikdə, fərz etmək olar ki, dövriyyə vəsaitlərinin 
məbləğinin aktivlərin ümumi məbləğindəki payı azdır, qısamüddətli kreditlərin isə 
dövriyyə vəsaitlərindəki payı çoxdur. Belə strategiyanın nəticəsi kimi, işçi kapitalının 
səviyyəsinin aşağı, hətta mənfi səviyyədə olmasıdır. Belə strategiyanın mənfəətliliyinin 
müəyyən edilməsi firma üçün riskdir. Burada risk-ödəniş qabiliyyətinin olmaması 
ehtimalıdır. Fəaliyyətdə olan qanunçuluğa görə firma aktivləri kreditor borclarından az 
olduqda ödəniş qabiliyyəti olmur, yəni vəsaitlərin dəyəri ilə borc arasındakı fərq mənfi 
olur. Digər tərəfdən firma öz pul öhdəçiliklərini ödəmədikdə ödəniş qabiliyyəti mənfi 
olur. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin