Orijinal adı: «Education Glossary»


Fəaliyyət mərkəzləri (Activity centers) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə24/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   20   21   22   23   24   25   26   27   ...   92
KİTAB Təhsil lüğəti

 
Fəaliyyət mərkəzləri (Activity centers) - Sinfin müxtəlif tədris materiallarının yerləşdirildiyi 
guşəsi.
 
Fəaliyyət tədqiqatı (Action research) - Tədqiqatçının konkret məsələ ilə bağlı real ictimai 
vəziyyəti öyrənərək öz tədqiqatının nəticələrini təkmilləşdirmək məqsədilə apardığı araşdırma. 
Təhsildə muəllimin peşəkar təcrübəsinə aid təşkil etdiyi araşdırma növüdür və aşağıdakı mərhələləri 
əhatə edir: pedaqoji təcrübəyə aid məsələnin müəyyənləşdirilməsi, planlaşdırma, fəaliyyət, 
monitorinq, qiymətləndirmə (refleksiya). 
 
Fəxri ad və ya dərəcə (Honorary degree) – Elmi-pedaqoji təcrübə və fəaliyyəti ilə fərqlənən 
şəxslərə, eləcə də dünya elm və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkələrin alim və 
ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada verilən akademik fəxri 
ad / dərəcə.
 
Fənn (Subject) - hər hansı bir elm və ya elmlər toplusunun didaktik əsaslandırılmış sistemi. 
Məzmunu təlim, tərbiyə, təhsil ilə birbaşa bağlı olan fənn elmə xas olan materialın konkret təqdim 
edilməsini göstərir. 
 
Fərd (İndividual) - 1) vahid təbiət varlığı olan insan Homo sapiens növünün nümayəndəsidir. 
Fərd anlayışı öz-özlüyündə insanın insan növü ilə əlaqəsini göstərir; 2) insan cəmiyyətinin ayrıca 
götürülmüş nümayəndəsi hesab edilir. 
Fərdi Tədris Proqramı (FTP) (İndividualized Education Program (IEP)) - Tədris planı və 
təlimat strategiyalarının fərdin inkişaf səviyyəsinə, maraq və ehtiyaclarına istiqamətləndirilmiş 
öyrənmə üsuluna əsasən tərtibi. 
 
Formal təhsil (Formal education) - Yüksək səviyyədə müəssisələşdirilərək, strukturlara 
bölünmüş və təhsilin nəticələrinə dair rəsmi sənədin verilməsi ilə başa çatan təhsil.
Formativ qiymətləndirməsi (Formative assesment) - Müəllimin şagirdin (tələbənin) güclü və 
zəif cəhətlərini müəyyən etməklə onun şəxsiyyət və xasiyyətinin inkişafı üçün apardığı ən 
əhəmiyyətli və yaradıcı qiymətləndirmə forması. 
Formativ qiymətləndirmə tədirs prosesi zamanı baş verən qiymətləndirmə növüdür. Formativ 
qiymətləndirmə müəyyən olunmuş göstəricilər əsasında şagirdlərin bilik və bacarıqlarının 
formalaşma səviyyəsini müəyyənləşdirməyə imkan yaradır və tədris prosesinin düzgün 
istiqamətləndirilməsinə kömək edir. Formativ qiymətləndirmə zamanı şagirdin daha irəliyə addım 
atması üçün müəllimlər tərəfindən ehtiyaclar müəyyənləşdirilir.  

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin