Lissabon Konvensiyası (Lisbon Convention) - Avropa regionunda ali təhsil üzrə diplomların
tanınmasını asanlaşdırmaq məqsədilə 1997-ci il 11 Aprel tarixində qəbul edilmiş konvensiya.
Konvensiya ali təhsil müəssisələri və tədris edilən proqramların qiymətləndirilməsi üzrə informasiya
təminatı yaradır və təqdim edilən informasiyalar Lissabon Konvensiyasının şərtlərinin yerinə
yetirilməsinə güclü şəkildə təsir edir.
M Material uyğunlaşdırması (Material accommodation) Tədris vasitələri və materiallarının
fərdin ehtiyacına uyğunlaşdırılması. Bu proses, kitabları, tədris məqsədilə nəzərdə tutulmuş
oyuncaqları, müxtəlif fəaliyyət növlərini əks etdirən vərəqələri və s. əhatə edə bilər.
Mentor (Mentor) – Təhsil müəssisələrində pedaqoji təcrübə keçən tələbə-müəllimlərə, həmçinin
pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərə kömək üçün təhkim edilən
bilikli və təcrübəli
məsləhətçi-müəllim. Metod (Mode) − Praktiki və nəzəri biliklərin dərkedilməsi və müəyyən tapşırığın həllinə
istiqamətlənmiş vəzifələr. Pedaqogikada təlim və tədris metodları problemin həlli yolları və
təsnifatının əsas xüsusiyyəti kimi çıxış edir.
Meyarlar (Criteria) – İşin şagird tərəfindən yerinə yetirilməsi keyfiyyətinin müəyyən edilməsi
məqsədilə istifadə olunan tövsiyə, qayda, xüsusiyyət yaxud parametrlər. Meyarlar şagirdin cavabı və
ya işinin nəticəsində məhz nələrə qiymət verildiyini göstərir. Meyarlar xolistik, analitik, ümumi,
yaxud konkret ola bilər. Qiymətləndirmə bölgüləri meyarlara əsaslanır, meyarların mənası və istifadə
olunma qaydalarını müəyyənləşdirir.
Meyarlar üzrə etibarlılıq (Criterion-Related Validity) - Testin meyar göstəricilərinə uyğunluq
dərəcəsi (bax: Etibarlılıq).