Tanıma tapşırığı (Recognition Item) - Test edilən şəxsdən iki və ya daha artıq cavab
variantlarından düzgün olan cavabı seçməsini tələb edən tapşırıq (bax: Yada salma tələb edən tapşırıq).
Tapşırıq (Item) - Təhlilvə ya qiymətləndirmə vasitəsi olan ayrıca sual və ya çalışma.
Tapşırıq bankı (Item bank) – Konkret göstəricilər(tapşırığın növü, mövzusu, həmin tapşırıqla
qiymətləndirilən bacarıq, çətinlik dərəcəsi və s.) üzrə kateqoriyalara ayrılmış tapşırıqlar toplusu.
Bankdan götürülən tapşırıqlar əvvəlcədən müəyyən edilmiş xüsusiyyətlərə uyğun olaraq testin işlənib
hazırlanmasında istifadə edilir. Tapşırığa cavab nəzəriyyəsi (və ya gizli xüsusiyyətlər nəzəriyyəsi, TCN (Item Response Theory, IRT) – Şagirdin tapşırığa düzgün cavab vermə ehtimalını onun bacarıqları və tapşırığın
çətinliyi ilə əlaqələndirmək üçün ən sadə formada riyazi modeldən istifadə edən psixometrik vasitə.
Bu nəzəriyyə, tapşırıqların mütləq ölçmə şkalasında standartlaşdırılmasına imkan verir. Tapşırığa əsaslanan öyrətmə (Task-based Learning, TBL) - Müəllimin şagirdlərə daha çox
məna kəsb edən tapşırıqları həll etdirməklə öyrətmə üsulu. Müəllim şagirdlərə verilmiş tapşırıqları
yerinə yetirərkən istifadə etdikləri sözlər, ifadələr və s. haqqında rəy söyləməyi tapşıra bilər, amma
onların əsas fikri tapşırıq üzərində cəmlənməlidir. Sərbəst işlər tapşırıq əsaslı öyrətməyə nümunə
hesab edilə bilər.
Tapşırıq təhlili (Task analysis) - Qavrama bacarıqlarının yüksək qaydalarından imtina etməklə
mürəkkəb bacarıqların daha sadə, kiçik, növbəti yarım bacarıqlara keçirilməsi.
TEMPUS (TEMPUS) - Əsası 1990-cı ildə qoyulmuş Ali Təhsildə Əməkdaşlığın trans-Avropa
proqramı.
Mərkəzi və Şərqi Avropa ölkələrində (PHARE) və keçmiş Sovetlər Birliyi respublikalarında və
Monqolustanda (TACİS) iqtisadi və sosial islahatlara köməyi təmin edən proqramların bir hissəsi.
TEMPUS bu ölkələrdə ali təhsil sistemini yenidən qurmaq üçün onları bazar iqtisadiyyatının
tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyan Avropa Birliyinin kömək sxemidir.