Orijinal adı: «Education Glossary»


Təhsilin məqsəd və vəzifələri (Educational objectives)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə81/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   77   78   79   80   81   82   83   84   ...   92
KİTAB Təhsil lüğəti

 
Təhsilin məqsəd və vəzifələri (Educational objectives) – Təhsilin məqsəd və vəzifələri təhsil 
alanda elm, bilik və bacarıqların yaradılması, insanda mədəniyyətin formalaşdırılması, onun əməyə 
hazırlanması ilə müəyyən olunur. Təhsilin məqsəd və vəzifələrində başlıca yeri şəxsiyyətin fərdi 
yaradıcı potensialının aşkar edilməsi tutur. Məktəbdə son zamanlar üstün mövqe əsasən təlim və 
tədrisdən daha çox şəxsiyyəti formalaşdıra bilən tərbiyəyə, yeni dövrün tələblərinə cavab verən 
ekzistensional dəyərlərə keçmişdir. Lakin, burada tərbiyə anlayışı altında elə şərtlərin yaranması 
nəzərdə tutulur ki, onlar təhsil alanın şəxsiyyətinin üstünlük və bacarıqlarını üzə çıxarmağa yardım 
etsin. Beləliklə, təhsilin məqsəd və vəzifələri fərdi üstünlük və bacarıqların formalaşması və ya 
təkmilləşdirilməsi prosesi kimi çox mürəkkəb və çoxşaxəlidir. Təhsilin məqsəd və vəzifələrini iki 
cəhətdən, yəni təhsil alana və təhsil müəssisəsinə, təhsil sisteminə münasibət cəhətlərindən 
öyrənəmək lazımdır. Təhsil sistemlərinin fəaliyyətinin ən mühüm məqsədi müasir istehsalatda 
xidmət edə biləcək sosial öhdəlik daşıyan işçilərin hazırlanmasıdır. Təhsil alanın şəxsiyyətinə 
nəzərən təhsilin aşağıdakı məqsəd və vəzifələrini qeyd etmək lazımdır: şəxsiyyətin individual 
keyfiyyətlərinin aşkar edilməsi, elm və mədəniyyətin əsası barədə sistemləşmiş biliklər əldə etdikdən 
sonra təhsil alanın dünyəvi və milli mədəniyyətə uyğunlaşması; maddi tərbiyə və dünyaya maddi 
baxış sistemi, insanın dünyadakı yeri barədə tərbiyə; fiziki və mənəvi tərbiyə; əmək hazırlığına 
ümumi və peşəkar hazırlıq; şəxsiyyətin özünütərbiyə və özünüinkişaf səviyyəsinə çatması, tədris və 
peşəkar fəaliyyətin yaradıcı və əxlaqi azadlığın əsası kimi qəbul edilməsi.
 
Təhsil keyfiyyəti (Educational quality) – Təhsil prosesi və onun nəticələrinin uyğunluğunu, 
prosesin necə adlandırılmalı və hansı məqsədlərə xidmət etməli olduğu anlayışlarının cəmiyyətdə 
yayılmasının hüdudunu göstərən inteqral xarakteristikadır. Bu sahədə fikirlər nəzərə çarpacaq 
dərəcədə ayrıldığına görə bu terminin izahları da üst-üstə düşmür. Bütövlükdə müasir təhsilin 
keyfiyyəti onun sosial effektivliyinə xidmət edən bir sıra faktorlarla müəyyən olunur. Bu faktorlar 
aşağıdakılardır: а) fəaliyyətin bu və ya digər sahəsində təcrübə və mənəvi mədəniyyətin ən yüksək 
nailiyyətlərinə imkan verən məzmun; b) pedaqoji heyətin və digər maarifçilərin yüksək səriştəliliyi; 


- 49 - 
c) yeni təhsil texnologiyaları və onlara müvafiq olan maddi-texniki təchizat; d) humanist istiqamət; e) 
əhalinin bilik, anlayış və bacarıq ehtiyaclarının tam ödənilməsi. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin