Təhsil psixologiyası (Educational psychology) – Psixologiya elminin insan psixikasının inkişaf
qanunauyğunluqlarını təhsil müstəvisində öyrənən sahəsi.
Təhsilin pillələri (Levels of education) – Təhsil sisteminin müstəqil tərkib hissəsi
(məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbi, ibtidai, əsas orta təhsil müəssisələri). Təhsil
pillələri bir-biri ilə üzvi şəkildə bağlıdır və bu, təhsildə, ardıcıllığın, inkişafın təmin olunmasına
kömək göstərir.
Təhsil sistemi (Education system) – Müxtəlif istiqamətli təhsil proqramlarının və dövlət
standartlarının qarşılıqlı əlaqəsinin cəmi; onları həyata keçirən müxtəlif hüquqi bazaya, növə, tipə
malik olan təhsil müəssisələrinin şəbəkəsi; təhsil idarəetmə orqanları sistemi. Təhsil sisteminin
növü ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, mədəni-tarixi və milli-xüsusiyyətləri ilə müəyyən
olunur.
Təhsil sisteminin 4 pilləsi vardır: (a) öyrənmə-təcrübə pilləsi; (b) öyrənilmiş təcrübələri həyata keçirən təlimatverici sistem; (c) təlimatverici sistemi dəstəkləyən inzibati sistem; (d) bütün bu təlim-təhsil müəssisələrini tanıyan, idarə edən və maliyyələşdirən idarəedici sistem. Təhsil siyasətinin öyrənilməsi (Educational policy studies) – Təhsillə əlaqəli alternativ ictimai
qaydaların təbiəti, növü, səbəb və nəticələri ilə bağlı təhlillər. Belə təhlillər qaydalarla bağlı
problemlərin əməkdaşlıq mühitində həllinə, alternativ qaydalar arasından ən yaxşısının seçilməsi və
səmərəli istifadəsinə zəmin yaradır.
Təhsil tədqiqatı (Educational research) - Nəzarət altında olan laboratoriya eksperimentlərində
müşahidəçi iştirakçıdan tədqiqatçı fəaliyyətinə, tarixi fənlərdən məntiqi təhlilə aparan tədqiqat
metodu. Təhsil tədqiqatı öz məzmununda müşahidələrin aparılmasından başlayaraq nəticələrin əldə
edilməsi, qərarların hazırlanmasına qədər geniş biliklər toplusunu əks etdirir.