Orijinal adı: «Education Glossary»


Təhsilin dayaqları (Pillars of education)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə78/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   74   75   76   77   78   79   80   81   ...   92
KİTAB Təhsil lüğəti

Təhsilin dayaqları (Pillars of education) - Avropa Komissiyasının keçmiş Prezidenti Jak Delors 
1996-cı ilin aprelində UNESCO-ya XXI əsr üçün Beynəlxalq Komissiyanın Təhsil üzrə məruzəsini 
təqdim edərkən təhsilin 4 dayağını diqqətə çatdırmışdır: 
1)Bilmək üçün öyrənmək; 2) Qurub-yaratmaq üçün öyrənmək; 3)Birgə dinc yanaşı yaşamaq üçün 
öyrənmək; 4) Yaşamaq üçün öyrənmək.
İnsan həyatinın bu dörd dayağa söykənməsi üçün insanın təhsil mühitində olması məqsədilə 
müxtəlif dövr və sahələrin bir-birini tamamlaması və onların qarşılıqlı əlaqəsi labüddür.
Təhsil fəlsəfəsi (Educational philosophy) - Təhsil və fəlsəfənin vəhdəti olub, təhsil sisteminin 
tədris proqramlarının əsas istiqaməti (yəni onun mahiyyəti, inkişafı, məqsəd və vasitələri) üzərində 
qurulması.
 
Təhsil idarəçiliyi (Educational management) – Təhsillə bağlı qarşıda duran məqsədlərdən asılı 
olaraq, bütün işlərin koordinasiyası, pedaqoji heyətə mümkün səhvlər barədə xəbərdarlıq etmək və 
onlara lazımi köməyi göstərmək.
Təhsil idarəçiliyinin prinsipləri: xəbərdaredici xarakter, planauyğunluq, əsaslılıq, hərtərəflilik, 
nəzəri və metodoloji hazırlıq, məktəbdə təlim-tədris prosesinin hərtərəfli tədqiqi və analizi.
Təhsil idarəçiliyinin obyektləri: tədris prosesi, tərbiyə prosesi, metodiki iş, elmi və təcrübi 
fəaliyyət, uşaq və pedaqoji kollektivin psixoloji vəziyyəti, təlim-tədris prosesinin zəruri şərtlərlə təmin 
edilməsi.
Təhsil idarəçiliyinin növləri: nəzarəti həyata keçirənin əlamətləri (kollektiv, qarşılıqlı idarə, 
özünüidarəetmə, planlı və planlaşmamış inzibati idarəetmə.
İdarə edilən obyektlərin əhatəsi: sinif ümumiləşdirici – eyni sinifdə oxuyan şagird və 
müəllimlərin işinin təhlili, ümumi – bütün istiqamətlər üzrə işlərin ümumi vəziyyətinin dərin tədqiqi 
və analizi, tematik – təlim-tədris prosesinin konkret istiqamət üzrə öyrənilməsi, şəxsi – ayrı-ayrı 
müəllimlərin fəaliyyətinin hərtərəfli tədqiqi, icmal – məktəbdəki vəziyyətin dərin tədqiq edilmədən 
təhlili.
Təhsil idarəçiliyinin metodlarıdərs və təlim məşğələlərinə gəlmək və onları təhlil etmək, məktəb 
sənədlərinin və şagirdlərin işlərinin təhlili, müəllim, şagird və valideynlərlə söhbət, inzibati yoxlama 
tədbirlərinin və sorğularının aparılması; anketləşdirmə, testləşdirmə, xronometraj və s.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin