40 Yuxarıda qeyd etdiyimiz kimi məhsul istehsalı üçün zəruri sayılan xammal və
materiallar hazır məhsulun tərkibinə daxil edilmişdirsə, onlar maya dəyərindən
aşağı satıla bilməz.
Məsələ 18. Müəssisə yüksək dəqiqliyə malik olan ölçü cihazları istehsal edir.
Onların istehsalına sərf edilən materialların balans dəyəri hesabatın tərtib olunduğu
tarixə 200 000 manatdır. Mümkün xalis satış dəyəri 20 000 manat aşağı
düşmüşdür. Eyni zamanda həmin məhsula olan tələbat kifayət qədər yüksək olaraq
qalır və gəlirli hesab olunur. Belə bir halda ehtiyatların yenidən qiymətləndirilməsi
aparılmır.
Məsələ 19. Müəssisə avadanlıq istehsal edir. Onun istehsalı zamanı komplekt
məmulatlardan istifadə olunur. Həmin məmulatların dəyəri hesabatın tərtib edildiyi
tarixə 250 000 manat təşkil edir. Məmulatın mümkün xalis satış qiyməti 80 000
manat aşağı düşmüşdür. Nəticədə avadanlığın maya dəyəri yüksəlmişdir və onu
maya dəyərinə bərabər, yaxud ondan yüksək qiymətə satmaq mümkün deyildir.
Ona görə də komplekt məmulatların ğalans dəyəri aşağı salınmalıdır. Əməliyyat
uçotda belə rəsmiləşdirilir:
Dt 208 “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 80 000 man. Kt 201 “Material ehtiyatlar” . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 80 000 man. Ehtiyatlar satıldıqda həmin ehtiyatların balans dəyəri onların satışı ilə bağlı
müvafiq gəlir tanındığı dövrdə xərc kimi tanınmalıdır. Ehtiyatların balans
dəyərinin mümkün xalis satış dəyərindən hər hansı azalma məbləği və ehtiyatlar
üzrə bütün itkilər, bu azalmanın və ya itkinin baş verdiyi dövrdə xərc kimi
tanınmalıdır. Mümkün xalis satış dəyərinin artması ilə əlaqədar olaraq ehtiyatların
hər hansı silinmiş dəyərinin bərpa məbləği ehtiyatların dəyərinin bərpası dövründə
xərc kimi tanınmış miqdarın azalması kimi tanınmalıdır.