37
Mümkün xalis satış dəyərinin hesablanması qiymətləndirilən ehtiyatın təyinatına
istinad edir. Belə ki, satılması nəzərdə tutulan ehtiyatların mümkün xalis satış
dəyəri üçün müqavilədə nəzərdə tutulan qiymət əsas götürülməlidir. Əgər, belə
müqavilələr üzrə satışın həcmi müəssisədə olan ehtiyatlardan azdırsa, onda
mümkün xalis satış dəyəri qiymətin ümumi səviyyəsindən asılı olaraq yenidən
qiymətləndirilməlidir.
Məsələ 15. Müəssisə, özünün yığdığı kompüterlərin büdcə müəssisəına satışı
üzrə tenderdə qalib gəlmişdir. Müəssisə ilin axırınadək müqaviləyə uyğun olaraq
100 ədəd kompyüter yığmalı və onları xidmət göstərmək üçün qəbul etməlidir.
Kompüterin hər birisinin maya dəyəri 500 man təşkil edir. Bir kompüterin
müqavilə üzrə satış dəyəri 700 manata bərabərdir. Müəssisə müqavilənin çox
böyük hissəsini ilin başa çatmasına bir ay qalmış yerinə yetirmişdir. Yerdə qalan
15 kompüteri yığmaq və göndərmək lazımdır. Bu zaman kompüterin yığılması ilə
bağlı müəyyən kompleks (dəst) hissələrin əldə olunmasında fasilə yaranmışdır.
Müəssisə, kompüterin göndərilməsi üzrə müqavilənin şərtlərini pozmamaq üçün
həmin kompüterlərin ədalətli dəyərlə digər müəssisədən satın almağa qərar
vermişdir. Belə bir qərarın verilməsi müəssisənin ehtimalına görə özünü
doğrultmalıdır. Nəticədə müəssisə hər birinin dəyəri 900 manat olmaqla, 15
kompyüter satın alaraq onları büdcə müəssisəı ilə bağladığı müqavilə qiyməti ilə
həmin müəssisəyə göndərmişdir. Ehtiyatların dəyərinin azalmasından zərərlər,
məlum olduğu anda (bu zaman kompüter satın alındıqda) tanınmalıdır.
Bu əməliyyatları uçotdə əks etdirək:
Dostları ilə paylaş: