– Geolokasiya (Foursquare) – Sual-cavab xidmətləri (Answers.com) – Virtual aləmlər (Second Life) – Tematik resurslar (Slashdot) İnkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə sirayət
etməkdədir. Virtual məkan genişləndikcə, internetdə mövcud olan sosial
şəbəkələrin də sayı artır. Danılmaz faktdır ki, bu şəbəkələrin əsas istifadəçi kütləsi
gənc nəslin nümayəndələridir. Bu səbəbdən də gündəlik həyatımızda sosial
şəbəkələrin müsbət tərəflərini müşahidə etsək də, kifayət qədər mənfi tərəflərini də
görürük.
Sosial şəbəkə – istənilən vaxt və istənilən yerdə lazım olan insanı tapmaq və ona
lazımi informasiyanı ona çatdırmaq üçün ən tez işləyən vasitədir ki, bu da gənc
mədəniyyət işçiləri üçün çox vacibdir. Hər hansı sosial şəbəkədə akkauntun
olması, məsələn, başqa ölkədən olan insanla əlaqə saxlamaq lazım olanda xüsusi
ilə qiymətlidir. Belə situasiyada qənaət etməklə ucuz vasitədən istifadə zəminində
işin keyfiyyətini təmin edəcəklər.
İkincisi, həmsöhbəti seçmək imkanı yaranır. Bu o deməkdir ki, sosial şəbəkə
maraqlar üzrə dostlar tapmaq üçün operativ fürsət verir. Məsələn, əgər şahmatla
maraqlanırsınızsa, kitab və ya kino həvəskarısınızsa, hər hansı idman növü ilə
məşğul olursunuzsa, o zaman sizinlə eyni maraqları paylaşan insanları burada tapa
bilər, başqalarının fikrini öyrənə, bu və ya digər məsələ ilə bağlı məsləhət ala,
eləcə də işgüzar görüş və birlikdə vaxt keçirmək barədə razılaşa bilərsiniz.
Üçüncüsü isə hadisələrin və yeniliklərin mərkəzində olmaq imkanıdır.
Sosial şəbəkələr – yeniliklərin yayılma sürətində bir inqilabdır. Hal-hazırda bir
çox xəbər təşkilatları birlikdə xəbər toplamaq və yaymaq üçün sosial şəbəkələrlə
tərəfdaşlıq əlaqələri yaradır. Öz akkauntunuzda xəbər səhifəsini vərəqləməklə hər
an dünyada baş verənlərdən xəbərdar ola bilərsiniz.