Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   15   16   17   18   19   20   21   22   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

TARİXİZMLƏR
 
İfadə etdikləri əşya və hadisə ilə birlikdə köhnəlmiş sözləri şərti olaraq tarixizm 
adlandırmaq olar; məsələn: yasavul, darğa, qazı və s. 
Tarixizml
ər əsasən dövlət quruluşu, ictimai vasitə və münasibətlərlə bağlı meydana 
çıxan köhnəlmiş sözlərdir. Buna görə də tarixizmlərin ifadə etdikləri anlayışların 
köhnəlməsi başlıca olaraq cəmiyyətin və ictimai quruluşun yüksək tərəqqisi və 
inkişafı ilə əlaqədardır. Bu qrup sözlər müxtəlif dövrlərdə meydana çıxdığı üçün 
bunların bəzisi qısa, bəzisi isə uzun tarixə malikdir. Məsələn: qolçomaq, rəncbər, 
m
ədrəsə, mollaxana və s. Kimi sözlər təxminən 40 il bundan əvvəl köhnəlməyə 
başlamışdır. Lakin bəzi sözlər, hətta lap yaxın zamanlarda köhnəlmiş, yaxud da 
köhnəlməkdədir. Hazırda dilimizdəki patefon sözü belə bir prosesi keçirməkdədir. 
Tarixizml
ər müxtəlif sahələrə aid ola bilir; məsələn: 

V
əzifə adı bildirənlər
: koxa, darğa, onbaşı, kəndxuda

Silah adı bildirənlər:
qalxan, şeşpər

Ölçü adı bildirənlər:
misqal, batman, girv
ənkə

Geyim adı bildirənlər
: çuxa, əba, arxalıq 

Al
ət adı bildirənlər
: xış, cüt

Dini anlayış bildirənlər
: falçı, şeyx, zəkat, dərviş

Müəssisə adı bildirənlər: 
qazamat, m
ədrəsə, mollaxana
Dem
əli, köhnəlmiş sözlərdən tarixizmləri müəyyən edən əsas meyar həm sözün, 
h
əm də onun ifadə etdiyi anlayışın fəal istifadədən qalmasıdır; bunların hər ikisinin 
köhnəlməsidir. Arxa-izm geniş anlayışdır. Dilin bütün sahələrində, yəni səs 
sistemind
ə, lüğət tərkibində, qrammatik quruluşunda, 
orfoqrafiyasında, orfoepiyasında arxaizm hadisəsi vardır. Buna əsasən 
arxaizml
ər bir neçə növə bölünür: fonetik, lüğəvi və qrammatik 
arxaizml
ər. Bunlardan lüğəvi arxaizmlər leksikologiya bəhsində öyrənilir. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin