Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Kimyəvi zədələnməni əsas xarakterizə edən cəhətlər zədə ocağının miqyası



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə42/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   98
Müh 2016

Kimyəvi zədələnməni əsas xarakterizə edən cəhətlər zədə ocağının miqyası, 
müddət və ZM təhlükəliliyidir. 
Kimyəvi hücum zamanı və kimyəvi zədə ocağı yaranan zaman sənaye 
müəssisələrinin dayanıqlı iş şəraitini təmin etmək üçün binalar və texnoloji 
proseslər hermetikləşdirilməli, həmcinin fəhlə və qulluqçular fərdi və kollektiv 
mühafizə vasitələri ilə təmin olunmalıdır. Bu qida sənayesi müəssisələri üçün 
xüsusilə vacibdir. 
Düşmən tərəfindən kimyəvi və ya bakteroloji silah tətbiq edilməsinin ilkin 
əlamətləri: 
• kütləvi artilleriya hücumu; 
• sursatların boğuq səslə partlaması; 
• aviasiya və ya raket zərbələri; 
• təyyarələrin kiçik hündürlüklərdə uçuşu; 


• naməlum mənşəli tüstü və dumanların əmələ gəlməsi; 
• spesifik kənar iylər; 
• püskürdücü aviasiya bombalarından çiləmə; 
• kimyəvi və qeyri-spesifik bakterioloji kəşfiyyatın texniki vasitələrinin 
göstəriciləri; 
• indikator plyonkaların rənginin dəyişməsi. 
Kimyəvi zədələnmə ocağında təxirəsalınmaz tədbirlər və xilasetmə işlərinə: 
kimyəvi zədələnmə ocağında xilasetmə işlərinə kimyəvi və tibbi kəşfiyyat, 
zədələnmişlərə ilkin tibbi yardım və onların ocaqdan təxliyəsi, yolların və 
keçidlərin, nəqliyyatın, texnikanın, paltarın və ayyaqqabıların deqazasiyası və 
sanitar təmizlənməsi aiddir.
Kimyəvi qəzalar zamanı aşağıdakı təxirəsalınmaz tədbirlər yerinə yetirilir: 
• Kimyəvi qəzanın aşkar edilməsi və onun haqqında xəbərdarlıq; 
• Kimyəvi qəza zonasında kimyəvi şəraitin qiymətləndirilməsi; 
• ZM və GTZM ilə zəhərlənmiş ərazidə kimyəvi təhlükəsizlik norma və 
qaydalarına əməl edilməlidir; 
• Əhalini, qəza obyektinin heyətini və xilasetmə iştirakçılarını fərdi mühafizə 
vasitələri ilə təmin etmək və onlardan istifadə etmək; 
• Lazım gələrsə əhalinin kimyəvi zəhərlənməyə məruz qalmış qəza zonasından 
təxliyə edirlər; 
• Əhalinin və şəxsi heyətin GTZM mühvfizə olunmaq üçün sığınacaqlarda 
yerləşdirilməsi; 
• AntIdotların tətbiqi və dəri örtüyünün təmizlənməsi; 
• Əhalinin, qəza obyektinin şəxsi heyətinin və qəza xilasetmə dəstələrinin 
iştirakçılarının sanitar təmizlənməsi; 
• Qəza obyektinin, istehsal, sosial, yaşayış təyinatlı obyektlərin, ərazinin, texniki 
vasitələrin, mühafizə vasitələrinin, paltarların və digər əmlakın deqazasiyası. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin