Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Mövzu 4.3 Kimyəvi və ya bioloji maddələrlə zəhərlənmə təhlükəsi olduqda



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə44/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   98
Müh 2016

Mövzu 4.3 Kimyəvi və ya bioloji maddələrlə zəhərlənmə təhlükəsi olduqda 
davranış qaydaları.( 
Seminar

Təhlükəli kimyəvi maddələrin istifadə olunmasının ilk əlamətlərinə naməlum 
mənşəli tüstü, damcılar və dumanın, xüsusi yad qoxunun yaranmasını, 
zəhərlənmənin ilk əlamətlərinin meydana çıxmasını və kimyəvi nəzarət 
cihazlarının göstəricilərini aid etmək olar. 
Təhlükəli kimyəvi maddələrin istifadə olunması haqda radio, televiziya və ya 
səsgücləndiricilər vasitəsilə məlumat aldıqda təcili surətdə əleyhiqazlar 
geyilməlidir. Bu zaman filtrasiyaedici mülki, uşaq əleyhiqazlarından, qutulu 
filtrasiyaedici istehsalat əleyhiqazlarindan istifadə etmək olar. 
Əhalinin təhlükəli kimyəvi maddələrin istifadə olunması şəraitində mühafizə 
olunması üçün yuxarıda sadalanan vasitələrdən başqa bir dəfə istifadə olunan fərdi 
qoruyucu vasitələrdən də yararlanmaq olar. 
Elmi - tədqiqat müəssisələrində və istehsalatda son zamanlar birdəfəlik istifadə 
üçün filtrasiyaedici və izoləedici tipli fərdi qoruyucu vasitələrdən istifadə edilir. Bu 
cür vasitələrin əsas təyinatına tənəffüs orqanlarının və gözün, eyni zamanda üzün 
yanğın olduqda, nəqliyyat və metro qəzaları zamanı və təhlükəli obyektlərdə təcili 
mühafizəsi daxildir. 
Dərinin mühafizəsi üçün sadələşdirilmiş izoləedici tipli qoruyucu kombinezonlar 
işlənib hazırlanıb ki, onlardan eyni zamanda bürünəcək kimi istifadə etmək olar. 
Yuxarıda sadalanan qoruyucu vasitələrin üstünlüklərinə onların kicik qabarit ölçü 
və çəkisinə malik olmasını, istifadəçinin yaşından, cinsindən, fizioloji və 
antropometrik xüsusiyyətlərindən asılı olmayaraq istifadəyə uyğun olmasını və s. 
aid etmək olar. 
Bu qoruyucu vasitələrin olmadığı hallarda istənilən tipli respiratordan, pambıq-
cuna sarğılarından, isladılmış cib dəsmalından, şarfdan istifadə etmək olar. Qəza 
baş verdikdə pəncərə və qapıları bağlayıb elektrik qızdırıcılarını, məişət cihazlarını 
xətdən ayırdıqdan sonra panikaya düşmədən evi tərk etmək lazımdır. 
Liftdən istifadə etməyin. Çünki fəlakətin baş verdiyi rayonlarda çox zaman işıqlar 
söndürülür. Hadisə ərazisində mülki müdafiə xidmətlərinin göstəricilərinə uyğun 
hərəkət etmək lazimdır. Digər hallarda isə ərazinin yaxşı küləklənən yerləri ilə, 
küləyin istiqamətinə perpendikulyar olaraq hərəkət etmək lazımdır. 
Əgər yoluxma ərazisini tərk etmək mümkün deyilsə təcili surətdə binada gizlənib 
pəncərə və qapıları plastır və ya yapışqanlı lentlə bağlayıb ventilyasıya çıxışlarına 
kağız keçirin. Eyni zamanda pəncərələr və qapılardan nəm mələfə də asmaq olar. 
Yoluxmuş ərazidə qacmamaq və toz qaldırmamaq şərti ilə cəld hərəkət etmək 
lazımdır. Ətrafda olan əşyalara toxunmayın, yolunuzda olan damcı halda olan 
mayelərdən və tozşəkilli səpintilərdən aralı keçin. Əgər paltarınızda, 
ayaqqabınızda, dərinizdə və fərdi qoruyucu vasitələrinizdə naməlum mənşəli 
damcı halında olan maddələr varsa onları kağız tampon, burun dəsmalı ilə 
təmizləyin. 
Yoluxma ərazisindən çıxdıqdan sonra ust paltarları çıxarıb çöldə qoymaq, sabunla 
duş qəbul edərək gözləri yuyub ağız boşluğunu qarqara etmək vacibdir. 
Təhlükəli bioloji maddələrlə davranış bir qədər çətindir. Belə ki, onların gözə 
çarpmayan buxarları mövcud ola bilər. Ehtimal olunan təhlükəli kimyəvi maddələr 


ətraf mühitə davamlı olub, yüksək ölüm faizinə malik, hava-damcı və ya təmas 
yolu ilə yayılan təhlükəli infeksiyalar yaradır. 
İnsanların təhlükəli bioloji maddələrlə zədələnməsi onların tənəffüs orqanları, 
mədə-bağırsaq traktı, selikli qişalar və zədələnmiş dəri vasitəsilə orqanizmə 
düşməsi zamanı baş verir. 
Orqanizmin tənəffüs orqanları vasıtəsı ilə yoluxmasının qarşısının alınması üçün 
kimyəvi zəhərlənmələrdə olduğu kimi əleyhqazlardan, respiratorlardan, pambıq -
cuna sarğılardan istifadə edilir. Bu zaman siqaretdən istifadə etməmək məsləhət 
görülür. Təhlükəli bioloji maddələrin mədə, bağırsaq yolu ilə orqanizmə 
düşməsinin qarşısını almaq üçün qaynadılmış sudan istifadə etmək, şəxsi gigiyena 
qaydalarına əməl etmək, termiki işlənmədən keçmiş qida maddələrindən istifadə 
etmək lazımdır. 
Böyük şəhərlərin sakinləri yaxşı olar ki, evdə özləri üçün "həyəcan çantası" 
hazırlasınlar. O, terror aktları, iri texnogen qəzalar zamanı gərəkli ola bilər. Ailənin 
bütün üzvləri üçün əleyhiqaz və respirator ehtiyatı hazırlayın. Təəssüf ki, bütün 
təhlükəli maddələrdən mühafizə edə biləcək universal əleyhiqazlar mövcud deyil 
(izoləedici əleyhiqazlar istisna olmaq şərti ilə). 
Yadda saxlayın ki, əleyhiqazların bir çoxunu yanğınlar zamanı istifadə etmək 
olmaz. Belə ki, onlar yanğının əsas zədələyici faktoru olan dəm qazından mühafizə 
etmir. 
"Həyəcan çantası"na qalın kostyum, enli sahəyə malik panama, bürüncək, qalın 
əlcəklər, corab və möhkəm çəkmələr yerləşdirin. Yaxşı olar ki, özünüzlə yanmayan 
materialdan möhkəm, uzun kəndir, radioqəbuledici və elektrik fənəri götürəsiniz. 
Mənzilinizdə hidrogen - peroksid, monoxloramin, spirt, kalium permanqanat kimi 
elementar dezinfeksiyaedici vasitələrin olması vacibdir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin