Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Dəri səthinin mühafizə vasitələri



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə49/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   98
Müh 2016

Dəri səthinin mühafizə vasitələri. Dəri səthinin mühafizə vasitələri
– bədənin 
açıq sahələrini, paltarları və ayaqqabıları onların səthinə ZM damçıları, yoluxucu 
xəstəlik törədiciləri və radioaktiv toz düşməsindən, həmçinin qismən də olsa işıq 
şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel 
vasitələrinə, yəni yüngül mühafizə kostyumu L-1, ümumqoşun mühafizə 
komplekti OZK və ZFO-58 markalı süzücü mühafizə paltarına, həmçinin əlaltı 
vasitələrə yəni məişət paltarlarının ünsürlərinə ayrılır. 


 Mühafizə prinsipinə görə tabel vasitələrinin də süzücü və təcridedici növləri olur. 
Süzücü növə ZFO-58 markalı süzücü mühafizə paltarı, təcridedici növə isə yüngül 
mühafizə kostyumu L-1 və ümumqoşun mühafizə komplekti OZK aiddir. 
Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi kimyəvi 
məhlul hopdurulmuş geyimlərdən ibarətdir. ZFO-58 markalı süzücü mühafizə 
paltarı xüsusi kimyəvi maddə-pasta məhlulu hopdurulmuş parça kombinezondan, 
habelə kişi alt paltarından (tuman və köynək), parça şlemaltlıqdan və iki cüt ayağa 
sarınan portyankadan ibarətdir. Hopdurucu pasta məhlulu, zəhərləyici maddə 
buxarlarını tutub saxlayan adsorbsiya tipli, ya da bu buxarları neytrallaşdıran 
hemosorbiya tipli kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlemaltlıq və 
hopdurulmamış bir cüt portyanka, kombinezonun bədənə sürtünməsinin və 
kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq 
üçündür. 
Fərdi tibbi mühafizə vasitələri (FTMV) 
FTMV – fövqəladə hallar zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibbi 
yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə insanların 
həyatını xilas etmək, zədələnmənin qarşısını almaq yaxud onu xeyli dərəcədə 
zəiflətmək, bir sıra zəhərləyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını 
artırmaq mümkündür.
Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi apteçka Aİ-2, kimya 
əleyhinə fərdi paket (İPP-8) və fərdi sarğı paketi (İPP) aid edilir. 
Aİ-2
fərdi apteçkasında insan orqanizminə ionlaşdırıcı şüalanmaların, zəhərləyici 
maddələrin və bakterial vasitələrin təsirinin qarşısını alan və ya bu təsiri zəiflədən, 
habelə şok halının qarşısını alan preparatlar olur. Apteçka narıncı rəngli plastik 
kütlə materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, onun içərisində şpris-tübik 
və dərman penalları yerləşdirilmişdir. 
Sümüklər sınarkən, ağır yaralanma və ya güclü yanıqlar baş verərkən zədə 
şokunun qarşısını almaq üçün apteçkanın 1-ci yuvasındakı ağrıkəsən dərman – 1 
ml 2%-li promedol məhlulu şpris-tübik vasitəsilə əzələyə yeridilir. 
Fosforlu üzvü maddələrlə zəhərlənməyə qarşı apteçkada afin, taren, atropin 
həbləri, sianidlərə qarşı amilnitrit və ya propilnitrit ampulları və lyuizitə qarşı – 
unitol adlı antidotlar vardır. Tarenin bir həbini «Kimya həyəcanı» xəbərdarlığı 
verilərkən qəbul edirlər, zəhərlənmənin əlamətləri aşkar olunarkən daha bir həb 
taren qəbul etmək lazımdır. Antidotlar – zəhərləyici maddələrin təsirinin qarşısını 
alan və ya zəiflədən maddədir. Bu antidotlardan həm profilaktika, həm də ilk tibbi 
yardım vasitəsi kimi istifadə etmək mümkündür. 
Apteçkanın 3-cü yuvasındakı ağ rəngli penalda bakteriya əleyhinə dərman-
sulfadimetoksin yerləşir, onu zəhərlənmədən sonra mədə-bağırsaq pozğunluğu baş 
verərkən qəbul edirlər. 
5-ci yuvadakı penalda bakteriya əleyhinə dərman tetrosiklin olur. Bu dərmanı 
bakterioloji zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür. 
Bakteriya əleyhinə maddələr – spesifik və qeyri spesifik profilaktika vasitələri 
növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, 
anatoksinlər və bakteriofaqlar aiddir.


İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün radiasiya 
əleyhinə radioprotektorlar işlədirir. Bu sistamin həbləri 4-cü yuvadakı 2 çəhrayı 
penalın hər birində 6 ədəd miqdarında olur. Penallardakı dərmanı şüalanma 
təhlükəsi yaranan zaman bilavasitə şüalanmadan 30-40 dəqiqə əvvəl 6 həb 
dozasında qəbul edib üstündən su içir, şüalanma davam etdikdə isə 4-5 saatdan 
sonra yenidən 6 həb qəbul edirlər.
6-cı yuvadakı penalda radioaktiv çirklənmə əleyhinə dərmanlar yerləşir. Kalium-
yodid və ya absorbentlər, radioaktiv çöküntülər düşərkən, xüsusən radioaktiv 
maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv 
maddə keçməsi təhlükəsi olarkən 10 gün ərzində, gündə 1 həb qəbul edilir. Bunlar 
radioaktiv maddənin qana sorulmasının qarşısını alır və onların orqanizmdən tez 
çıxarılmasına imkan yaradır. 
Orqanizmin nüfuzedici radiasiyaya, adətən ürək bulantısı və qusma ilə meydana 
çıxan ilk reaksiyanı aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, 
bu dərman qutunun 7-ci yuvasındakı göy rəngli penalda yerləşir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin