Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə216/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   212   213   214   215   216   217   218   219   ...   317
NUR-TƏFSİRİ-12

hüzurunda dayanacaqlar!” 
 
Nöqtələr 
 
◘”Vəyl” sözü həlak olmaq, əzaba qatılaşmaq mənasını bildirir. Rəvayətlərə əsasən 
cəhənnəm dərələrindən və ya cəhənnəm qapılarından biri “vəyl” adlanır. 
◘”Təfif” və “qəlil” sözləri eyni bir (“az”) mənanı ifadə edir. “Tətfif” dedikdə 
əskiltmək mənası anlaşılır. Bu söz kənar mənasını bildirən “təff” sözündəndir. Satdığı 
maldan kəsən satıcı “mutəffif” adlanır. İbn Məsud nəql edir ki, namazından kəsən insan 
da bu ayənin hədəfindədir.
2
1
“Təfsiri-nurus-səqəleyn” 
2
“Təfsiri-nümunə” 


215 
◘Əskik satmaq maddəsi bütün siniflərə tətbiq edilə bilər. Müəllim, fəhlə, yazıçı, 
satıcı, mühəndis, həkim və digər peşə sahibləri bu günahdan amanda deyil. Onların 
istənilən birinin öz vəzifəsinə səhlənkar yanaşması əskik satmaq sayılır. 
◘Əskik satan şəxs özünü böyük sayır, insanları sevmir, ruzinin Allahın əlində 
olduğuna inanmır, cəmiyyətə maddi baxımdan sitəm qılır. 
◘Əskik satmaq kəbirə günahlardandır. Çünki bu günah müqabilində əzab vəd 
edilmişdir. Əskik ölçü imkanları əskik çəkmək imkanlarından daha böyükdür. Ayələrdən 
birində ölçü, ikincisində isə əvvəlcə ölçü, sonra çəki məsələsinə toxunulur. 
◘Rəvayətdə oxuyuruq ki, insanlar əskik satmaq günahına düçar olduqda yer öz 
məhsulunu geri götürər, insanlar qıtlıqla üzləşər.
1
◘İnzibatilik və maddi məsuliyyət peyğəmbərlərin islahatlarında ilkin 
müddəalardandır. Həzrət Şüeyb öz qövmünə buyurur ki, ölçünü tam verin, əskik 
satanlardan olmayın, tərəzini düz çəkin insanların malını kəsməyin, yer üzündə fəsadla 
dolanmayın.
2
Bildirişlər 
 
1. Təhlükəni xəbərdarlıqlarla elan edin. 
2. Əskik satmaq yolu ilə əldə olunan haram mal insanı süquta uğradır. 
3. Alışla satış arasında fərq qoymaq əskik satmaqdır. İnsan özünə qıymadığını 
başqasına qıymamalıdır. 
4. Hətta qeyri-müsəlmanlara əskik satmaq olmaz. 
5. Günahdan da pisi günahla ünsiyyətdə olmaqdır. Belə ki, əskik satmaq insanın 
peşəsinə çevrilir. 
6. İqtisadi fəsadların qarşısını almaq üçün qəlblərdə məad düşüncəsini oyatmaq 
lazımdır. 
7. Hətta ehtimal səviyyəsində məad etiqadı insanı günahdan çəkindirir. 
8. Qiyamət hadisələri əzəmətli və dəhşətlidir. 
9. İnsan əskik satdığına və xalqın haqqını qəsb etdiyinə görə cavab verəcək. 
10. Günahkarların cəzalandırılması Allahın rübubiyyət şənindəndir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin