Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə218/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   214   215   216   217   218   219   220   221   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Əskik satan insan günahkardır, din pərdəsini yırtır. 
2. Günahkarların aqibəti aydın və qətidir. 
3. Günah insanı həqiqətlərin inkarına sövq edir. 
4. Quran ayələrini əfsanə adlandıranlar günah və azğınlıq girdabına qərq olanlardır. 
5. Vəhyin əfsanə sayılması insanı küfrdə saxlayan amillərdəndir. 
6. Haram tikə insanı küfr həddinədək aparır. (Surənin əvvəlində əskik satmaqdan 
danışıldı və bildirildi ki, bu əməl insanı haram tikəyə düçar edir. Növbəti ayədə günahdan 
və sonda təkzibdən söz açıldı.) 
7. İnsanın rəftarları onun əqidə və inanclarına təsir göstərir. Ardıcıl təcavüz və günah 
insanı təkzibə vadar edir. 
8. İnsan ilahi ayələrin bir neçə dəfə zikri ilə kifayətlənməməli, ardıcıl zikr və tilavətə 
məşğul olmalıdır. 
9. Quran hətta müxaliflər üçün cazibəlidir.
Ayə 14, 15, 16, 17: 


217 
 ِبوُلُق ىَلَع َناَر ْلَب لاَك﴿
 ٍذِئَم ْوَی ْمِهِ ب ر نَع ْمُه نِإ لاَك﴿﴾َنوُبِسْكَی اوُناَك ا م مِه
﴾ َنوُبِ ذَكُت ِهِب مُتنُك يِذ لا اَذَه ُلاَقُی مُث﴿﴾ ِمی ِحَجْلا اوُلاَصَل ْمُه نِإ مُث﴿﴾َنوُبوُجْحَم ل
 
“Elə deyil! Bəlkə onların qazandığı qəlblərini paslatmışdır; onlar həmin gün 
Rəbblərinin lütfündən uzaq və məhrumdurlar; həmin vaxt cəhənnəmə daxil 
olcaqlar; sonra onlara deyiləcək: “Bu həmin yalan saydığınız hadisədir.” 
 
Nöqtələr 
 
◘”Zəyn” sözü pas mənasını bildirir. İmam Baqir (ə) buyurur: “Əgər günah insana 
hakim kəsilsə onun qurtuluşuna ümid qalmaz.” İmam bildirir ki, qəlblərin pas atması 
dedikdə onların ümidsiz vəziyyətə düşməsi nəzərdə tutulmuşdur.
1
◘İmam Baqir (ə) buyurur: “Bütün bəndələrin qəlbində ağ bir nöqtə var. İnsan hər 
dəfə günaha yol verəndə həmin ağ nöqtədə qara bir nöqtə görünür. Əgər tövbə etsə, bu 
qara nöqtə məhv olur. Əgər günahı davam etdirsə, qara nöqtə genişlənir və bütün qəlbi 
bürüyür. Bu halda insan xeyir yola qayıda bilmir.”
2
◘İmam Riza (ə) buyurur: “Qiyamət günü günahkarların Rəbblərindən məhrumluğu 
dedikdə onların ilahi mükafatdan məhrumluğu nəzərdə tutulur.”
3

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin