294
◘”Haviyə” sözü süqut mənası bildirən “həva” sözündəndir. Cəhənnəm bir çoxları
üçün süqut məhəllidir.
◘“Hamiyə” sözü şiddətli hərarət mənası bildirən “həma” sözündəndir.
◘Dağlar hadisələrin şiddətindən parçalanıb yun kimi didilər.
◘Yüngül-ağırlıq təkcə maddi şeylərə aid deyil. Məsələn, mənasız danışığa
yüngül
danışıq deyirlər. Olsun ki, ayələrdə əməllərin həm keyfiyyət, həm də kəmiyyəti nəzərdə
tutulur.
◘Həzrət Əli (ə) buyurur: “Əməlin yüngüllüyü dedikdə onun azlığı, ağırlığı dedikdə
çoxluğu nəzərdə tutulur.”
1
◘Bir şəxs Salmanı “Axı sən kimsən” deyə təhqir etdi. Salman belə cavab verdi:
“Mənim və sənin əvvəlimiz nütfə olub, sonumuz leşdir. Bu dünyada belədir. Amma
qiyamətdə mizanı ağır gələn əziz tutular, mizanı yüngül gələn alçaldılar.”
2
◘Bütün insanların həm xeyir, həm də pis işi var. Bütün əməlləri yaxşı və ya pis olan
insan tapmaq mümkün deyil.
Əsas məsələ odur ki, insanın xeyir işləri daha çox olsun.
Yəni Quran təbirincə, tərəzinin yaxşılıq gözü ağır gəlsin. Amma yaxşılıq
gözü yüngül
gələrsə, son mənzil cəhənnəmdir.
Dostları ilə paylaş: