69
Nöqtələr
◘”Nəsuh” sözü xalislik və sədaqət mənasını bildirən “nush” sözündəndir. Bu söz
bəzən möhkəm mənasını da bildirir. Təfsirlərdə nəsuh tövbənin peşimançılıq, istiğfar,
günahın tərki, gələcəkdə tərk etmək qərarı, qəbul olunmamaq qorxusu, günahı görüb
xəcalət çəkmək, göz yaşı, az danışmaq, az yemək, az yatmaq, xalqın haqqını ödəmək
kimi halları qeyd olunur.
◘Məaz ibn Cəbəl həzrət Peyğəmbərdən (s) nəsuh tövbə haqqında soruşdu. Həzrət (s)
buyurdu: “Nəsuh tövbə odur ki, insan bir daha günaha üz tutmasın. Necə ki süd yenidən
döşə qayıtmır!” Başqa bir hədisdə oxuyuruq: “Nəsuh tövbə odur ki, batin də zahir kimi,
hətta daha üstün olsun.”
1
◘Əgər qürrələnib tövbəmizin qəbul olunacağına arxayınlaşsaq yenidən günahın
təkrarı üçün yol açmış olarıq. Çünki ümid edərkən tam arxayınlaşmaq olmaz. Ayədə
buyurulur ki, tövbə edin, bəlkə qurtulasınız.
2
◘Ötən ayələrdə oddan, bu ayədə isə nurdan danışılır. Ötən ayələrdə günahın
qarşısının alınmasından, bu ayədə günaha çarə qılmaqdan danışılır. Bildirilir ki, əgər
özünüzü qoruya bilməyib günaha batsanız tövbə yolu açıqdır, ümidinizi üzməməsiniz.
◘Peyğəmbər (s) və möminlər dünya və axirətdə əzizdirlər. Dünyada izzət Allah,
Peyğəmbər (s) və möminlərə məxsusdur.
3
Qiyamət elə bir gündür ki, Allah Peyğəmbər
(s) və onun ardıcıllarını xar etməz.
◘Dünyada malı və canı ilə Allah yolunda vuruşanlar, kafirlərə münasibətdə sərt,
möminlərə münasibətdə mərhəmətli olanlar qiyamətdə Peyğəmbərin (s) yoldaşlarıdır.
4
◘Allaha dua edib nə isə istəməyin həmişə rolu var. Möminlər dünyada doğru yol,
axirətdə kamil nur arzulayırlar.
◘Bağışlanma istəyi həm dünya, həm də axirətə aiddir.
5
Dostları ilə paylaş: