Nur təFSİRİ


Ayə 15:  يِف ْاوُشْماَف الًوُلَذ َض ْرَ ْلْٱ ُمُكَل َلَعَج يِذ لٱ َوُه﴿



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə77/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   73   74   75   76   77   78   79   80   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 15: 
يِف ْاوُشْماَف الًوُلَذ َض ْرَ ْلْٱ ُمُكَل َلَعَج يِذ لٱ َوُه﴿
 
 ِهْیَلِإ َو ِهِق ْز ِ ر نِم ْاوُلُك َو اَهِبِكاَنَم
﴾ُروُشُّنلٱ
 
“Odur yeri sizin üçün ram edən. Onun çiyinlərində dolanın. Allahın ruzisindən 
yeyin. Qayıdış yalnız Ona doğrudur.” 
 
Nöqtələr 
 
◘”Mənkəb” dedikdə çiyin nəzərdə tutulur. Yükü götürmək üçün ən münasib bədən 
üzvü çiyindir. Yerin çiyini dedikdə onun ruzi yükünü götürmüş əsas hissələri nəzərdə 
tutulur. 
◘Yer insana ram edilmişdir. O bir neçə növ hərəkət etsə də, aramdır. Əgər yer 
üzündə daim zəlzələ və vulkanlar baş versəydi, günəşlə yer arasındakı məsafə yaxın və ya 
uzaq olsaydı, yerlə bağlı dəqiq hesablar gözlənilməsəydi, o, insana ram olmazdı. 
Bildirişlər 
 
1. Allah yer üzünü insana ram edib ki, insan çalışıb fəaliyyət göstərə bilsin. 
2. Ruzi Allahın əlindədir. Amma insan bu ruzini əldə etmək üçün addım atmalıdır. 
3. Varlıq aləmi təkamülə doğru hərəkətdədir: təbiət insan üçündür, insan 
çalışmalıdır, ruzi üçün səy göstərilməlidir, dünya axirət üçündür. 
4. Dünya ləzzətləri axirəti unutdurmamalıdır. 
Ayə 16, 17: 
َفِسْخَی نَأ ِءآَم سلٱ يِف ن م مُتنِمَأَء﴿
 يِف ن م مُتنِمَأ ْمَأ﴿﴾ُروُمَت َيِه اَذِإَف َض ْرَلْٱ ُمُكِب
﴾ ِریِذَن َفْیَك َنوُمَلْعَتَسَف ااب ِصاَح ْمُكْیَلَع َلِس ْرُی نَأ ِءآَم سلٱ
 
“Özünüzü səmada olandan, sizi yerə batırmayacağından, yerin qəfil 
titrəməyəcəyindən arxayınsınızmı?” Səmada olanın sizin üzərinizə daş yağdıran 
qara yel əsdirməyəcəyindən arxayınsınızmı?! Tezliklə biləcəksiniz ki, mənim 
qorxutmağım nədir!” 
 
Nöqtələr 
 
◘Bu iki ayə “Ənam” surəsinin 65-ci ayəsini xatırladır. Həmin ayədə buyurulur ki
Allah göydən və yerdən əzab nazil etməyə qadirdir. 


81 
◘”Hasib” dedikdə daş yağdıran iti külək nəzərdə tutulur. 
◘”Qəsəs” surəsinin sonunda Qarunun yerə batırıldığı qeyd olunur. “Qəmər” 
surəsinin 34-cü ayəsində isə Lut qövmünün başına daş yağdırılması yada salınır. 
◘Allahın ter üzünü aram etməsi onun mütləq hakimiyyətindən danışır.
1
◘Varlıq aləminin dağılmasını mümkün saymaq insanın yersiz qürurunu sındırır, ona 
dünyanın etibarsızlığını anladır. Bu mövzuda Mövlanənin gözəl bir şeri var: 
Yerdə və göylərdə olan zərrələr 
Sınaq üçün Haqdan enən nizələr. 
Gör nə hala saldı külək Ad elin, 
Qırmadımı su neçə qövmün belin?! 
 
Firon leşkərini yaladı dərya, 
Zalım Qarun batırıldı torpağa. 
Qaynar daşlar dağıtdı Fil əshabın, 
Çibin verdi nəs Nəmrudun cavabın. 
 
Davudun atdığı bir daş parası 
Bölünüb paylandı qoşun arası. 
Cansız düşündüyün sular ağaclar 
Peyğəmbər sözünü ucada saxlar. 
 
Məsnəvi də elə ola qırx dəvə 
Aciz qala belində onu çəkə. 
 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin