63
63
operator n;
end.
Turbo Paskal dillində proqramın quruluşu
İstifadə edilən istənilən bölmə və ya konkret élan olunmuş proqram
elementlərindən, ya da təyin olunmuş əməliyyatı yerinə yetirən operatorlardan
təşkil olunmuş bir və ya bir neçə cümlələrdən ibarət olur. Cümlələr bir-biri ilə
nöqtəli vergüllə ayrılır. Turbo Pascalda proqram başlığı məcburi deyil, əgər
istifadə olunarsa, onda o aşağıdagı sintaksis formada yazılır:
PROGRAM ad ( proqramın parametrləri);
Pascal dilinin standartında bölmələr yuxarıdakı ardıcıllıqla yerləşməlidir.
Turbo Pascalın bəzi xüsusiyyətləri mövcuddur. Belə ki, proqram başlığı və istifadə
olunan modulların təsviri bölməsi istisna olmaqla bölmələrin yerləşmə ardıcıllığı
sərbəstdir. Bundan başqa bir neçə eyni bölmə yaratmaq olar. Proqramda istifadə
olunan elementlər ya proqram mətninin əvvəlində təyin olunmalı, ya da dilin
qabaqcadan təyin olunmuş elementləri olmalıdır. Turbo Pascalın bu xüsusiyyətləri
olmasına baxmayaraq dilin standartında nəzərdə tutulan ardıcıllığa riayət etmək
lazımdır. Yalnız principcə vacib olduqda ardıcıllığın dəyişdirilməsi
məqsədəuyğundur. proqram gövdəsi begin sözü ilə başlayır və proqramın sonunu
göstərən END sözü ilə qurtarır, sonda isə nöqtə qoyulur.
Operatorlar.
Alqoritmin
reallaşdırılmasında əməllərin təsviri üçün
operatorlardan istifadə olunur. Operatorların sintaksisinə görə ixtiyari operatorda
nişan ola bilər. operatorları bir-birlərindən “;” simvolu ayırır. End sözündən sonra
“;”simvolu qoymaq zəruri deyil. Turvo Pascalda sintaksisinə uyğun olaraq,
operatorlar iki qrupa bölünür: sadə və strukturlu.
Dostları ilə paylaş: