1. Ərəb mənşəli alınma sözlərdə bir sıra sait
səslər uzun tələffüz olunur;
məsələn:
[a:]- a:lim, a:rif, ha:kim, ta:rif və s.
[e:]- e:lan, e:tiraf, e:timad və s.
[ə:]- ə:la, tə:nə, mə:na və s.
[ö:]- mö:min, şö:lə, mö:təbər və s.
Ancaq sait səslərin alınma sözlərdə bu cür uzun tələffüzü fonoloji əhəmiyyət
kəsb etmir.
2. Qoşa [y] samitli ərəb mənşəli alınmalarda:
a) hər iki samit tələffüz olunur; məsələn: əyyam, əyyaş, müəyyən və s.
b) [y]-lardan biri deyilir; məsələn: ədəbiyyat- [ədəbiyat], mədəniyyət-
[mədəniyət], səhiyyə-[səhiyə], səmimiyyət-[səmimiyət] və s.
3. Söz sonunda [b] → [p] əvəzlənməsi baş verir; məsələn:
kitab → [kitap], ədəb → [ədəp] , katib → [katip] və s.
c) Qərb mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları
1. Qərb mənşəli
sözlər Azərbaycan dilinə, əsasən, rus dili vasitəsilə keçib
sabitləşdiyindən tələffüzdə həmin sözlərin rus “aksent”i aparıcıdır; məsələn: teatr,
radio, televizor, kooperasiya, tolerant, subyektiv, professional və s.
2. İlk vurğusuz hecalarında o hərfi ilə ifadə olunan səslər [a] kimi tələffüz
olunur; məsələn: monarxiya-[manarxiya], kommunizm-[kammunizm], kordinasiya-
[kardinasiya], toponimiya-[tapanimiya] və s.
3. Rus dilində yazılışında ю hərfli alınma sözlər [ü] səsi ilə tələffüz olunur;
məsələn: компютер → [kampüter], агглютинация → [aqlütinasiya] və s.
4. Rus dilində yazılışında ц hərfli alınma sözlər [s]
səsi ilə tələffüz olunur;
məsələn: цитата → [sitat], лицей → [lisey] və s.
Sözün düzgün tələffüzündə vurğuya ( söz vurğusuna) əməl etmək əsas
tələblərdən sayılır.
Azərbaycan dilində vurğu,
bir qayda olaraq, sözün son hecasına düşür;
məsələn: [ağáç], [torpáx], [qırmızí], [yirmí]
,
[ağár(max)], [yaralán(max)],
[mükəmməl], [seminár], [aqressiv] və s.
Həm Şərq, həm də Qərb mənşəli alınmalarda vurğunun mənbə dildəki yeri
dəyişmir; məsələn: [müvəffəqiyyət], [ümúmən], [máksimum], [televizya],
[texnalógiya]
Azərbaycan nitq mədəniyyətinin ən mürəkkəb ( və nitq praktikasında ən çox
problem yaradan) məsələsi, özünü fonomorfoloji proseslərdə göstərir. O baxımdan
ki, sözlərə artırılarkən şəkilçilərin əslində stabil olan fonetik quruluşunda müəyyən
( və qanunauyğun) dəyişikliklər baş verir:
1) isimdən isim düzəldən -lıq, -lik, -luq, -lük [-lıx, -lix', lux, lüx'] şəkilçisi
artırıldığı bəzi sözlərdən sonra [ -dıx, -dix', -dux, -düx']
kimi tələffüz olunur;
məsələn: [daşdıx], [təmizdix'], [otdux], [düzdüx'];
2) isimdən sifət düzəldən –lı, -li, -lu, -lü şəkilçisi artırıldığı bəzi sözlərdən sonra
[ -dı, -di, -du, -dü] kimi tələffüz olunur; məsələn: [atdı], [dərddi], [oddu], [süddü];
3) cəmlik bildirən –lar, -lər şəkilçisi artırıldığı bəzi sözlərdən sonra [-dar, -dər]
kimi tələffüz olunur; məsələn: [qızdar], [saatdar], [adətdər], [əmanətdər];
4) ismin çıxışlıq hal şəkilçisi –dan,-dən artırıldığı bəzi sözlərdən sonra [-nan, -
nən] kimi tələffüz olunur; məsələn: [sənnən], [dərinnən], [axşamnan] və s.
Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də orfoepiya qaydalarının
pozulmasına ən çox səbəb olan səciyyəvi amillər var ki, onlar aşağıdakılardan
ibarətdir:
a) dialekt-şivə tələffüzü variantlarına meyl etmək;
b) yazı normalarını hərfi-hərfinə tələffüzə gətirmək;
c) əcnəbi dillərə məxsus tələffüz maneralarına uymaq.
N
itq mədəniyyətində düzgün yazıya ( orfoqrafiyaya),
demək olar ki, bütün
dillərin təcrübəsində düzgün tələffüzdən (orfoepiyadan) daha çox önəm verilir.
Bunun birinci səbəbi yazının tarixən yaranmış özünəməxsus “kult”udur. Və bu
“kult” yazının, şifahi nitq kimi ötəri, keçici olmaması, yüz, hətta min illər qorunub
saxlanılmasından-“ yazıya pozu yoxdur” qənaətindən irəli gəlir.
Məlumdur ki, şifahi nitqdə çox “asanlıqla” (
və müxtəlif təbii səbəblər
üzündən) yol verilən qüsurlar yazılı nitqdə tamamilə qeyri-təbii ( və bağışlanmaz)
sayılmaqla dərhal yazı müəllifinin savadsızlığı təsəvvürünü yaradır. Və yazıda
normativliyin gözlənilməsinə verilən xüsusi önəmin nəticəsidir ki, hər bir dilin
orfoqrafiya qaydaları rəsmi status daşıyır.
Son orfoqrafik qaydalar 16 aprel 2019-cu ildə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 174 saylı qərarına əsasən yenilənmişdir.
Dostları ilə paylaş: