109
görülən səhabələr hədis yaymağa başladılar; iş o yerə
çatdı ki, hədis Quran ayələrindən üstün sayıldı, hətta bəzi
ayələrin hökmü hədis vasitəsilə qüvvədən salındı.
1
Bir çox
hallarda hədis nəql edənlər
müəyyən bir hədisi eşitmək
üçün uzun məsafələr qət edir və əzab-əziyyətli səfərlərə
gedirdilər.
İslam pərdəsi altında gizlənən daxili və xarici
düşmənlərdən bir qrupu hədis yazıb yaymağa və nəticədə
mötəbər hədisləri də etibardan salmağa başladılar.
2
Buna
görə
də
islam
alimləri
düzgün
hədisləri
yanlış
və
qondarma
hədislərdən
ayırmaq
üçün
“rical
və
dirayə”
adlı
bir
elmin təməlini
qoydular
.
Şiələr hədislərin sənədini araşdırmaqla yanaşı, onların
məna və məfhumunun Quranla müvafiq olmasını da
lazımi şərt bilirlər. Şiələrin
vasitəsilə sənədləri qəti olan,
Peyğəmbəri-Əkrəmdən (s) və Əhli-beyt (ə) imamlarından
çatan çoxlu hədislər varid olmuşdur. Bu məktəb nöqteyi-
nəzərindən Quranla müxalif olan hədislərin heç bir dəyəri
yoxdur və yalnız onunla müvafiq olan hədislər mötəbər
sayılır.
3
1 Hədis vasitəsilə Quran ayəsinin fəsx edilə bilməsi üsul
elminin araşdırdığı məsələlərdən biridir.
Sünnü alimlərindən
bəziləri ona inanır. Fədək hadisəsindən məlum olur ki, birinci
xəlifə də ona inanırmış.
2 Bu mətləbə şahid olaraq bir çox mətləblər yazıl-mışdır ki,
alimlər saxta hədislər bölməsində bu barədə danışmışlar.
Həmçinin rical kitablarında ravilərdən bəziləri yalançı və hədis
qondaran kimi təqdim edilmişdi.)
3 “Biharul-ənvar”, 1-ci cild, səh-139
110
Bu rəvayətlərin varlığına
görə şiələr Quranla müxalif
olan hədislərə əməl etmirlər; Quranla müxalif,
yoxsa
müvafiq olması məlum olmayan hədislər barəsində də
Əhli-beyt imamlarından çatan başqa bir göstərişə əsasən
onu rədd, yaxud qəbul etmədən “məskutun ənh” (heç bir
nəzər verilməyən-red.) saxlayırlar.
1
Əlbəttə,
bəzən şiə
aləmində də sünnülər kimi əllərinə düşən hər bir hədisə
əməl edən şəxslər tapılır.
Dostları ilə paylaş: