İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   25   26   27   28   29   30   31   32   ...   93
İSLAMDA-ŞİƏLİK

SƏHABƏLƏRİN
 
HƏDİSLƏRİ
 
Səhabələrdən nəql olunan hədislərə gəldikdə isə, onlar 
Peyğəmbərin (s) söz və əməlini ehtiva etmişsə, eləcə də 
Əhli-beytdən (ə) nəql olunan hədislərlə müxalif deyilsə 
qəbul oluna bilər. Amma bu hədislər səhabələrin öz şəxsi 
rəy və nəzərlərindən ibarətdirsə, heç vaxt höccət ola 
bilməz. Səhabələr bu məsələdə sair müsəlmanlar 
kimidirlər; onların özləri də başqa səhabələrlə adi bir 
müsəlman kimi rəftar edirdilər. 


99 
KİTAB
 

 
SÜNNƏ
 
BARƏSİNDƏ
 
DİGƏR 
BİR BƏHS
 
Allahın kitabı (Quran) islami təfəkkürün əsas 
mənbəyidir, sair dini mənbələrə etibar və höcciyyət verən 
də məhz odur. Buna görə də o, hamı üçün dərk olunası bir 
səviyyədə olmalıdır. 
Bundan əlavə, Qurani-Kərim özü özünü “hər bir şeyin 
nuru və aydınlaşdırıcısı” kimi təqdim edir. Mübariz 
istəyərkən camaatdan onun ayələri barəsində təfəkkür 
etməsini və nəticədə onda heç bir növ ixtilaf və təzad 
olmadığını müşahidə etmələrini istəyir. Quran buyurur 
ki, bacarırlarsa onun kimi bir kitab yazıb Quranla 
qarşılaşdırsınlar. Aydındır ki, Quranın hamı tərəfindən 
dərk olunması mümkün olmasaydı heç vaxt onlara belə 
xitab etməzdi. 
Əlbəttə, belə təsəvvür etmək olmaz ki, bu mətləb 
(Quranın 
hamı 
tərəfindən 
dərk 
olunmasının 
mümkünlüyü) 
əvvəldə 
qeyd 
olunan 
mətləblə 
(Peyğəmbəri-Əkrəm (s) və onun Əhli-beytinin Qurani-
kərimin məzmunlarından ibarət olan islami maarifdə elmi 
müraciət yeri olmaları ilə) təzadlı deyildir. Çünki Quran, 
şəriət qanunları və hökmlərindən ibarət olan islam 
maarifinin bir qisminin külliyyatını ehtiva edir, onların 
müfəssəl şəkildə bəyan olunması sünnəyə (Əhli-beyt 
hədislərinə) müraciət edilməklə mümkün ola bilər. 
Əxlaqi və etiqadi maarifdən ibarət olan digər bir bölmə 
isə, məzmun və izahlarının hamı tərəfindən dərk 
olunmasına baxmayaraq, onların həqiqi mənalarını dərk 
etmək üçün adi qayda-qanunlardan, gündəlik ünsiyyətdə 


100 
olduğumuz fərdi-ictimai nəzəriyyələrimizdən istifadə 
etməliyik; əksinə, Əhli-beytin (ə) getdiyi yolla getmək və 
hər bir Quran ayəsini sair bir Quran ayəsi ilə izah və təfsir 
etmək lazımdır. 
Əmirəl-möminin Əli ibni Əbitalib (ə) buyurur: 
“Quranın bəzi ayələri digər ayələri ilə danışaraq öz 
mənasını anladır, onların bəzisi digərlərinə şahidlik 
edir.”
1
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Quranın bir hissəsi 
digər bir hissəsini təsdiq edir.”
2
Başqa bir hədisdə buyurulur: “Hər kəs Quranı öz şəxsi 
rəyi ilə təfsir etsə, özü üçün cəhənnəmdə bir yer 
hazırlayar.”
3
Quranın bəzi ayələrinin başqa ayələr tərəfindən təfsir 
olunmasına sadə misallar vururuq: Allah-taala Lut 
qövmünə əzab verilməsi ilə əlaqədar bir yerdə buyurur: 
“Onlar üçün çox bir pis yağış yağdırdıq.”
4
 
Başqa bir yerdə isə bu kəlməni başqa bir kəlmə ilə 
dəyişərək buyurur: 
“Onlar üçün daş yağdırdıq.”
5
İkinci ayəni birinci ayəyə əlavə etməklə, pis yağış 
dedikdə məqsədin asimani daşlardan ibarət olması 
məlum olur. Tədqiqatçı nəzəri ilə Əhli-beytin (ə) 
hədislərində, səhabə və tabeindən olan müfəssirlərin 
1 “Nəhcül-bəlağə”, 231-ci xütbə, eləcə də “Quran dər islam” 
kitabının vərəqaltı haşiyəsində də mövcuddur. 

“Durrul
Mənsur”
, 2-
ci
cild

səh-


“Təfsiri
Safi”
, 8-
ci
cild

“Biharul
-
ənvar”
, 19-
cu
cild

səh-
28 

“Şüəra”
surəsi

ayə-
127 

“Hicr”
surəsi

ayə-
74 


101 
rəvayətlərində araşdırma aparsaq, Quranın Quranla təfsir 
olunmasının yalnız Əhli-beytə (ə) məxsus olan bir üslub 
olduğunu başa düşərik. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin