125
şəkildə başa düşülən, eyni zamanda gözə görünməz
Allaha sitayişə gətirib çıxarır. Həqiqətdə bəşər aləmində
ilahi dinləri vücuda gətirən də məhz bu batini qüvvədir.
Arif insanlar
Allaha savaba nail olmaq, yaxud
cəhənnəm əzabından qorxduğu üçün deyil, Ona
məhəbbət bəslədiyi üçün sitayiş edir.
1
Buradan da aydın
olur ki, irfan sair məzhəblər qarşısında müstəqil bir
məktəb sayılmamalıdır; o,
sadəcə olaraq, pərəstiş (ümid,
yaxud qorxu üzündən deyil, məhəbbət əsasında olan
sitayiş) yollarından biridir. Bu yol əqli təfəkkür və dini
zahirlər müqabilində dinlərin həqiqətini dərk etmək üçün
bir yoldur.
Təkallahlı dinlərin hər birinin,
hətta bütpərəstliyin
belə, bu yolla seyri-süluk edən ardıcılları vardır.
Bütpərəstlərin, yəhudilərin, məsihilərin, məcusilərin və
islamın həm arifləri, həm də qeyri-arifləri vardır.
1 İmam Sadiq (ə) buyurub: “İbadət üç növdür:
Bəziləri
Allaha, cəhənnəm odunun qorxusundan ibadət edir, bu,
qulların ibadətidir. Bəziləri behişt nemətlərinə çatmaq üçün
Allaha pərəstiş edir, bu da muzdurların pərəstişidir.
Bir qrup
isə Allaha məhəbbət bəslədikləri üçün Ona ibadət edirlər, bu da
azad insanların ibadəti və pərəstişlərin ən gözəlidir.” “Biharul-
ənvar”, 15-ci cild, səh-208