121
“Mən la yəhzuruhul-fəqih” və Şeyx Tusinin (H.Q.460)
yazdığı “Təhzib” və “İstibsar” kitablarıdır.
Əbul Qasim Cəfər ibni Həsən ibni Yəhya Hilli;
(H.Q.660) Mühəqqiq adı ilə məşhur olan mərhum Hilli şiə
aləminin görkəmli fəqihlərindən, fiqh elmində dərin biliyə
malik olan şəxsiyyətlərdəndir. Onun fiqhdə yazdığı şah
əsərlərindən “Müxtəsərun-nafe” və “Şəraye” kitablarını
qeyd etmək olar. Bu kitablar 700 ildir ki, fəqihlərin
arasında istifadə olunur və ona çox əzəmətlə baxılır.
Mühəqqiqdən sonra Şəhidi Əvvəl ləqəbi ilə tanınan
Şəmsəddin Məhəmməd ibni Məkkini
qeyd etmək olar.
O, 786-cı hicri qəməri ilində Dəməşqdə məhz şiə olduğu
üçün qətlə yetirildi. Onun fiqhdə yazdığı şah əsərlərindən
“Lümətud-Dəməşqiyyə”ni qeyd etmək olar ki, edamdan
qabaq həbsdə olduğu yeddi gün ərzində yazmışdır.
Həmçinin 1227-ci ildə vəfat edən
Dostları ilə paylaş: