ZAT VƏ SİFƏT Əgər əqli cəhətdən hər hansı bir insanı araşdırsaq,
onun şəxsi insaniyyətindən ibarət olan bir zata malik
olduğunu görəcəyik. Onun müəyyən sifətləri də vardır
ki, zatı həmin sifətlərlə tanınar. Məsələn, “filan şəxsin
oğludur”, “çox biliklidir”, “qüdrətlidir”, “uca boyludur”,
“gözəldir”; bu kimi sifətlərin əksini də deyə bilərik.
Bu sifətlərdən bəzilərinin (birinci və ikinci sifət kimi)
zatından ayrıla bilmədiyinə, bəzilərinin isə (bilikli və
qüdrətli olmasının) ondan ayrılmasının və dəyişilməsinin
mümkün olmasına baxmayaraq, hər bir halda bu sifətlər
onun zatından ayrıdır, öz aralarında da bir-birlərindən
fərqlənir.
Bu mətləb (zat ilə sifətin, eləcə də sifətlərin öz
aralarında fərqli olması) sifətə malik olan zatın, eləcə də
zatın təqdimedicisi olan sifətin – hər ikisinin məhdud
olmasına ən yaxşı dəlildir. Çünki əgər zat qeyri-məhdud
olsaydı sifətləri də əhatə edərdi. Həmçinin əgər sifətlər
qeyri-məhdud olsaydı bir-birini əhatə edər və nəticədə
hamısı bir şey olardı. Məsələn, fərz olunan insanın zatı
elə həmin qüdrət olar, həmçinin bacarıqlı, elimli, uca
boylu olması, gözəlliyi və s. hamısı bir-birində eyniyyət
təşkil edər və artıq bu mənaların hamısı birdən artıq
məna kəsb etməzdi.
Qeyd olunanlardan aydın olur ki, Allahın zatı üçün
sifət (yuxarıda qeyd olunan mənalara olan sifət)
olduğunu isbat etmək olmaz. Çünki (bu halda) qeyri-
məhdud, sonsuz sifət baş vermir və Onun müqəddəs zatı
hər bir məhdudiyyətdən (hətta hər hansı bir sifətin isbat
142
olunması sayılan “tənzih”dən belə) pakdır.
İLAHİ SİFƏTLƏRİN