PEYĞƏMBƏRİ
-
ƏKRƏM
(
S
)
VƏ
QURANİ-KƏRİM
Sair peyğəmbərlərin dövründə olduğu kimi, həzrət
Məhəmmədin (s) dövründə də xalq ondan möcüzə
istəyirdilər.
O
həzrət
də
möcüzənin
(əvvəlki)
peyğəmbərlərdə olmasını təkid edirdi. Qurani-Kərim bu
mətləbi açıq-aşkar şəkildə bəyan etmişdir.
O həzrətin barəsində çoxlu möcüzələr qeyd
olunmuşdur ki, onların bəziləri qəti və etimad olunasıdır;
lakin o həzrətin hazırkı vaxta qədər qalan əbədi möcüzəsi
onun asimani kitabı olan Qurani-Kərimdir. Qurani-Kərim
asimani bir kitabdır və onun altı mindən artıq ayəsi
vardır. O, 114 böyük və kiçik surədən təşkil olunub.
Qurani-Kərimin ayələri Peyğəmbərin (s) 23 ildən ibarət
olan besət və təbliği dövründə tədrici olaraq nazil
olmuşdur. Bir ayədən tutmuş tam bir surəyə qədər
hamısı o həzrətin müxtəlif hallarında - gecə və gündüz,
səfərdə və qeyri-səfərdə, müharibə və sülh şəraitində,
ağır günlərdə və asudə vaxtlarında ona vəhy
olunmuşdur.
Qurani-Kərim bir çox ayələrdə öz aşkar bəyanı ilə
özünü möcüzə kimi təqdim edir və tarixin verdiyi
şəhadətə əsasən, dövri fəsahət və bəlağətin ən yüksək
mərhələsində olan ərəbləri, eləcə də gözəl və səlis
danışıqla söz ustadlığının önündə gedən alim və xətibləri
mübarizəyə dəvət edərək buyururdu: Əgər Qurani-
Kərimin bəşər sözü olduğunu, yaxud Peyğəmbərin onu
175
kimdənsə öyrəndiyini güman edirsinizsə onun oxşarını
1
,
yaxud on surə
2
, yaxud heç olmasa Quran surəsi kimi bir
surə gətirin
3
və bu yolda mümkün olan hər bir vasitədən
istifadə edin. Ərəblərin məşhur söz ustadlarından
Quranla mübariztələblik qarşısında eşidilən söz “Quran
sehrdir və onun oxşarını gətirmək bizim qüdrətimizdən
kənardır” olmuşdur.
4
Qurani-Kərim təkcə fəsahət və bəlağət yolu ilə
mübarizə etmirdi, bəzən məna baxımından da mübarizə
tələbini irəli sürür, cinlərin və insanların hamısının fikri
qüvvəsi ilə mübarizə tələb edirdi. Çünki bəşər həyatının
bütün proqramlarını əhatə edən bir kitab barəsində
diqqətlə araşdırma aparsaq, aydın olar ki, o, insaniyyətin
saysız-hesabsız etiqad, əxlaq və əməllərini geniş bir
səviyyədə əhatə etmiş, onun bütün incəliklərinə və
mətləblərinə nəzər yetirmişdir; bunları haqq qərar
vermiş, haqq din adlandırmışdır. (İslam dinindəki
mövcud
olan
qayda-qanunların
mənşəyi
xalqın
1 Belə ki, buyurulur: “Əgər düz deyirsinizsə, Quranın oxşarı
olan bir söz gətirin!” “Tur” surəsi, ayə-34.
2 “Hud” surəsi, ayə-13
3 “Yoxsa deyirlər ki, (bu Quran) Allaha bağladığı bir
yalandır?! De: Əgər belədirsə, onda Quran kimi bir surə
gətirin.” “Yunis” surəsi, ayə-38
4 Ərəb söz ustalarından biri olan Vəlidin dilindən belə
deyilir: “(Vəlid çox fikirləşdikdən sonra haqqa arxa çevirdi və
inadkarlıq edərək) dedi: “Bu Quran (çox cazibəli) sehrdən başqa
bir şey deyildir, bu Quran bəşər sözündən başqa bir şey
deyildir.” “Müddəssir” surəsi, ayə 24-25.
176
əksəriyyətinin istəyi və meylləri, yaxud zorakı bir şəxsin
ürəyinin istəyi deyil, həqiqi islahat və haqdan ibarətdir).
Bu geniş proqramların əsasını yeganə Allaha imandan
ibarət olan haqq kəlməsi kimi yenilməz bir kəlmə təşkil
edir və bütün prinsip və maariflər tövhiddən nəticə kimi
alınır; daha sonra insani əxlaqın ən bəyənilən maarif
prinsiplərindən nəticə kimi alınaraq proqramlarının
tərkib hissəsi qərar verilir.
Daha sonra sonsuz insani əməllər, eləcə də bəşərin
ictimai və fərdi əməlləri cüzi və külli şəkildə araşdırılmış,
onların
yeganəpərəstlikdən
qaynaqlanan
vəzifələri
tənzim edilmişdir.
İslam dinində üsulidin və füruidin arasında qarşılıqlı
əlaqə elə bir şəkildədir ki, hər hansı bir bölmədə olan
əməli hökm diqqətlə araşdırılsa yeganə tövhid kəlməsinə
qayıdır və tövhid kəlməsi də qayda-qanun və hökmlərlə
birgə yoğrulmuş halda olur.
Əlbəttə, yekun tənzimdən əlavə, belə bir geniş
miqyaslı ayin, özünün bu qədər vəhdət və sıx əlaqəsi ilə,
hətta onun ibtidai siyahısının tənzim olunması belə,
nəinki qısa müddət ərzində minlərlə çətinlik və
giriftarçılıq arasında çalışan, öz canını, malını daxili və
xarici düşmənlərin törətdikləri maniələr və qanlı
müharibələr yolunda qoyan bir insanın, hətta dünya
hüquqşünaslarından olan adi bir şəxsin qüvvəsindən
belə, xaricdədir.
Bunu da nəzərə almalıyıq ki, Peyğəmbəri-Əkrəm (s)
heç
bir
müəllim
görməmişdi,
yazıb-oxumağı
öyrənməmişdi və öz dəvə-tindən əvvəl həyatının üçdə
177
ikisini
1
heç bir mədəniyyət görməyən, ot-ələfi, münasib
iqlim şəraiti olmayan, ən ağır şəraitdə iqtisadi şəraitdə
yaşayan və hər gün istismarçı dövlətlərdən birinin işğalı
altında olan bir qövm arasında keçirmişdi.
Bunlardan əlavə, Qurani-Kərim başqa bir yolla da öz
müxaliflərini mübarizəyə çağırır; o da bundan ibarətdir
ki, bu kitab bir-biri ilə fərqlənən tam müxtəlif
şəraitlərdən, o cümlədən çətinlik-asudəçilik, müharibə-
sülh, qüdrət-zəiflik və s. şəraitlərdən ibarət olan 23 il
ərzində tədricən nazil olmuşdur. Əgər Allah tərəfindən
nazil olan deyil, bəşərin düzəltdiyi bir kitab olsaydı, onda
tədrici təkamülün tələb etdiyinə görə çoxlu təzad və
ziddiyyətlər yaranar, axırı əvvəlindən daha möhkəm və
mütərəqqi olardı. Halbuki, bu kitabın Məkki ayələri
Mədəni ayələri ilə eyni səviyyədədir; axırı əvvəlindən
fərqlənmir, elə bir kitabdır ki, onun cüzləri və hissələri bir
birinə oxşayır, onun heyrətə salan bəyan qüdrəti də hər
1 Belə ki, Peyğəmbəri-Əkrəm (s)-in öz dilindən buyurulur:
“Mən nübuvvətimdən və Quranın nazil olmasından öncə, bir
ömür sizin aranızda yaşamışam, əqlinizi işə salmırsınızmı?!”
Yenə buyurulur: “Sən, Quranın nazil olmasından əvvəl heç
bir yazını oxuya bilmirdin, öz əlin ilə də yaza bilmirdin.”
“Ənkəbut” surəsi, ayə-48
Həmçinin buyurulur: “Əgər Bizim Öz bəndəmizə nazil
etdiyimizdə (Quranda) şəkk-şübhədə olsanız, onda (yazıb-
oxumamaq, heç bir müəllim görməmək kimi) vücud
şəraitlərində Məhəmməd kimi olan bir şəxsdən bir surə gətirin
ki, Quranın Allah kəlamı olmamasını isbat edə biləsiniz.”
“Bəqərə” surəsi, ayə- 23.
178
yerində eyni bir səviyyədədir.
1
1 Belə ki, buyurulur: “Quranda dərindən düşünüb tədəbbür
etmirlərmi?! Əgər o, Allahdan başqasının tərəfindən olsaydı,
onda çoxlu ixtilaf tapardınız.” “Nisa” surəsi, ayə-82.
|