Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
221
Dildə sinonim sözlər arasındakı məna ya eyni, ya da
yaxın olur. Bu baxımdan sinonimika hadisəsində də, an-
tonimlərdə olduğu kimi, mütləqlik və ya nisbilik ola bilər.
Məsələn,
“ürək-qəlb-könül, dünya-cahan-kainat, ölmək-vəfat
etmək” və s. sözlər arasında tam məna eyniyyəti vardır.
Buna görə də bu cür sinonimlər
mütləq sinonimlər adlanır.
Bir çox sinonim sözlərin mənaları arasında tam deyil, nisbi
yaxınlıq özünü göstərir:
sevinmək-şadlanmaq-gülmək; danış
maq-demək-söyləmək; dadlı-ləzzətli və s.
Rus dilində də sinonimliyin müxtəlif dərəcələrinə rast
gəlinir. Məsələn:
печалиться-горевать-тосковать, удив-
ляться-изумляться, холод-мороз-стужа və s. Dildə elə müt-
ləq sinonimlərə rast gəlinir ki, onlar bir-birindən nə məna,
nə də üslubca fərqlənir. Belə sözlərə
dublet sözlər deyilir. Bu
cür leksik dubletlər, əsasən, alınma sözlər he sabına əmələ
gəlir. Dildə müəyyən anlayışı
bildirən söz ola- ola bəzən
başqa dildən həmin anlayışı eynilə bildirən baş qa bir söz
alınır. Məsələn, Azərbaycan dilində
səksən sayı ola-ola fars
dilindən
həştad sözü alınmışdır.
Dillərin bu cür bir-birinə
qarşılıqlı təsiri mənfi hal hesab edilməlidir.
Dildə hər sinonimik cərgədə bir əsas söz olur ki, buna
dilçilikdə
dominant deyilir. Sinonimlər dildə ən mühüm
üslubi vasitələrdir. Bunlardan ədəbi dilin müxtəlif üslub-
larında istifadə olunur. Sinonimlər dildə təkrara yol ver-
məmək,
fikri daha dəqiq, konkret, yığcam ifadə etmək,
canlı, obrazlı, emosional nitq əmələ gətirmək və s. üçün
işlənir.
Dostları ilə paylaş: