Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
358
Курица кудахчет
Ветер воет
Вода журчит
Səs təqlidi nəzəriyyəsinə əsaslanılsa, bu sözlər hər iki
dildə eyni səs tərkibinə malik olmalı idi. Təbiətin eyni səsi-
nin müxtəlif dillərdə başqa-başqa səslərlə ifadə olunması,
əsasən, dillərin fonetik xüsusiyyəti ilə bağlıdır. Məsələn,
gürcü dilində (
f) səsi, yapon dilində (
l) səsi olmadığı üçün
bu dillərdə danışanlar tərkibində həmin səslər olan təbiət
səslərini olduğu kimi tələffüz edə bilmirlər. Bundan əlavə,
səsi necə eşitmək və necə adlandırmaq da xalqdan asılıdır.
Məsələn, suyun şırıltısını biz
“şir” adlandırırıq, lakin rus-
lar
“jur” (çit) adlandırırlar və s.
7.
Nəhayət qeyd etməliyik ki, bu nəzəriyyədə dilin
yaranmasının ictimai mahiyyəti nəzərə alınmamışdır. Belə
bir cəhət isə dilin mexaniki olaraq əmələ gəlməsi fikrinə
aparıb çıxarır. Deməli, unudulur ki,
dilin əmələ gəlməsi
səbəbi onun ictimai mahiyyəti ilə bağlıdır.
Bütün bu qüsurları ilə yanaşı, səs təqlidi nəzəriyyə-
sində həqiqətə uyğun cəhətlər də vardır. Həmin nəzəriyyə
bəzi sözlərin haradan əmələ
gəldiyini düzgün başa düş-
məyə istiqamət verir. Həqiqətən, hər bir dildə səs təqlidi
əsasında əmələ gəlmiş müəyyən miqdar sözə təsadüf et-
mək olur. Belə sözlər aid olduğu dilin obrazlılığında xüsusi
rola malikdir. Məsələn, aşağıdakı nümunələrə fikir verək:
“
Cib-cib, cib-cib, cücələrim, mənim əziz cücələrim”
(
T.Mütəllibov). “Tramvayların səsi, maşınların
gurultusu,
bir-birinə qarışmışdı” (
Ə.Qasımov). Biri var idi, biri yox idi,
bir
cik-cik sərçə xanım var idi. Bir az keçmişdi, bir də gör-
dülər bir şey
tappıltı ilə
quyuya düşdü. Tülkü özünü saxla-
ya bilməyib quyuya tullandı,
guppultu ilə quyunun dibinə
düşdü. Bir az keçmişdi, bir zorba qurd quyudakı daşı quy-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
359
ruq hesab eləyib atıldı, şappıltı ilə quyunun dibinə düşdü
(
“Azərbaycan nağılları”).
Körpə uşaqlar da təqlidi sözə meyil edirlər; məsələn,
onlar, adətən, it əvəzinə
hav-hav, cücə əvəzinə
cib-cib kimi
sözləri işlədirlər.
Dilin əmələ gəlməsinə dair səs təqlidi nəzəriyyəsinin
ayrı-ayrı əsrlərdə çoxlu tərəfdarları olmuşdur. Bu nəzəriyyə
XVII əsrdən başlayaraq daha da geniş yayılmış və inkişaf
etdirilmişdir. Həmin əsrin sonu və XVIII əsrin əvvəllərin-
də alman mütəfəkkirlərindən Q.Leybnits
bu nəzəriyyənin
prinsiplərini qızğın müdafiə etmişdir. O, müxtəlif dəlillərlə
dilin səs təqlidi əsasında əmələ gəldiyini sübut etməyə çalış-
mışdır. Hazırda bir sıra xarici ölkələrdə bəzi dilçilər və eləcə
də dillə maraqlanan bir çox filosof alimlər dilin mənşəyinə
dair səs təqlidi nəzəriyyəsini əsas nəzəriyyə hesab edirlər.
Bu nəzəriyyənin müasir tərəfdarları antik dövrün səs təqlidi
müddəalarından heç cür ayrıla bilmirlər.
Dostları ilə paylaş: