1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə217/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   213   214   215   216   217   218   219   220   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Nəfəs borusu (trache). Nəfəs borusu bronxların birləş-
diyi yerdən qırtlağaqədərki hissəni təşkil edir. Bu, qida bo-
rusu ilə həmsərhəd olub onun ön tərəfində yerləşir. Nəfəs 
borusu üzüyəbənzər qığırdaqlar sistemindən ibarətdir. 
Eyni zamanda, bu boru elastiki xassəyə malikdir.
Nəfəs borusunun eni və uzunluğu insanların bədən 
quruluşu və cinsi ilə əlaqədardır. İlk və qədim insanlar al-
çaq boylu olduqları üçün onlarda bu üzv qısa olmuşdur. 
Müasir insanlardan kişilərin nəfəs borusu qadınlarınkına 
nisbətən irihəcmlidir (ümumiyyətlə, müasir insanlarda 
nəfəs borusunun uzunluğunun 9-dan 15 sm-ə qədər, eni-
nin isə 1,5-dən 2,7 sm-ə qədər olduğu göstərilir).
Nəfəs borusu danışıq zamanı ağciyərdən gələn hava-
nın qırtlağa çatmasına imkan yaradır. Buna görə də bronx-
lar kimi, nəfəs borusu da hava axını yolu adlanır.
Demək, tənəffüs üzvlərinin əsas vəzifəsi istənilən sə-
sin əmələ gətirilməsi üçün lazımi qədər hava axını yarat-
maqdan ibarətdir.
Danışıq üzvlərinin ikinci qrupunu səs törədən üzvlər 
təşkil edir. Bunlara fonasiya orqanları da deyilir.
Ağciyərlərdən gələn hava axını ilk dəfə bu üzvlərdə 
maneəyə rast gəlir və səs yaranır. Fonasiya orqanlarına iki 
üzv – qırtlaq və səs telləri daxildir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
388
Qırtlaq (xirtdək). Qırtlaq nəfəs borusunun yuxarı 
hissəsində yerləşir. Bu, qısa boru formasında olub bir sıra 
əzələ və qığırdaqlardan ibarətdir. Səsin əmələ gəlməsində 
aşağıdakı qığırdaqlar xüsusi rola malikdir. Bunlardan biri 
üzükvarı, digəri qalxanvarı qığırdaqdır. Qalxanvarı qığır-
daq üzükvarı qığırdağın üstündə yerləşir. Həmin qığırda-
ğın arxasında isə çalovvarı iki qığırdaq vardır. Qırtlaqda 
mövcud olan əzələlərin bir qrupu xarici əzələlər qırtlağı, 
başqa əzələlər isə hava keçidini idarə edir. Belə ki, bunların 
bir neçəsi hava keçidinin daralmasına, bəzisi isə genişlən-
məsinə kömək edir.
İnsanın nitq tənəffüsü prosesində hava axını qırt-
laqdan keçərkən mütləq səs tellərinin müqavimətinə 
rast gəlir.
Səs telləri. Hava axınının səsə çevrilməsində başlıca 
rol oynayan səs telləri qırtlaq borusunun içərisində sağdan 
və soldan üfüqi vəziyyətdə yerləşir. Bunlar səsin ilk mən-
bəyi olub, quruluşlarına görə əzələvarı dodağa oxşayır. 
Səs telləri insanlarda müxtəlifdir. Bunlardan qalın və uzun 
olan pəs, nazik olanı isə zil səs törədir. Eyni zamanda, 
deməliyik ki, kişilərdə səs telləri uzun və qalın olur. Buna 
görə də qadın səsindən kəskin şəkildə fərqlənir.
Səs telləri elastiki və hərəki xüsusiyyətə malikdir. Qı-
ğırdaqların hərəkəti nəticəsində səs telləri müxtəlif vəziy-
yət ala bilir. Belə ki, bir-birinə az və ya çox dərəcədə yaxın-
laşır. Yaxud kipləşir və sair.
Adi tənəffüs zamanı səs telləri bir-birindən aralı olur. 
Belə vəziyyətdə çalovvarı qığırdaqlar yan tərəflərə çevrilir 
və hava axını səs-küysüz xaricə süzülüb çıxır. Adətən, bəzi 
tədqiqatçılar adi tənəffüs zamanı səs tellərinin düşdüyü 
vəziyyəti yanları bərabər olan üçbucaq adlandırırlar. Pıçıl-
tı zamanı səs telləri bütün boyu uzunu gərginləşmir. Buna 
görə də arxa hissədə kiçik boş yer (səs keçidi) qalır ki, hava 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
389
axını oradan bayıra çıxır. Belə halda səs telləri titrəmir, la-
kin onların bir-birinə yaxınlaşması nəticəsində küy əmələ 
gəlir. Bu küy eşitmə üzvü ilə pıçıltı kimi qəbul edilir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin