1. ÜMumi DİLÇİLİk I indd


Müasir insan və onun dili



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə213/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   209   210   211   212   213   214   215   216   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Müasir insan və onun dili
İnsanın inkişaf tarixində üçüncü mərhələ müasir insan 
mərhələsi adlanır. Müasir insana elmi ədəbiyyatda ağıllı adam 
da deyilir. Alimlər müasir insanın yer üzündə təşəkkülünün 
tarixini 40 000 il bundan əvvələ aid edirlər. Hazırkı insanların 
hamısı insan inkişafının təkmilləşdiyi mərhələyə – müasir in-
san mərhələsinə aiddir. İndi yer üzündə qədim insan yoxdur.
Müasir insan qədim insandan, əsasən, bədən qurulu-
şunun formalaşmasına, beynin yüksək səviyyədə inkişafı-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
379
na, geniş dünyagörüşünə, mürəkkəb alətlərdən istifadə ba-
carığına, dilin inkişafına görə fərqlənir. İnsanlar arasında 
başlıca ünsiyyət vasitəsi olan dil, həqiqi mənada, müasir 
insan tərəfindən tərəqqi və inkişaf etdirilmişdir. Müasir 
insanın kəşfləri, əmək fəaliyyətindəki nailiyyətləri dilin 
sürətlə inkişafına səbəb olmuşdur. Mövcud müxtəlif dillə-
rin hər biri müasir insan kollektivlərinin məhsuludur. Bu 
dillər aid olduğu xalqların keçmişi, onların tarixidir.
4. DİLİN YARANMASINDA EŞİTMƏ VƏ
DANIŞIQ ORQANLARININ ROLU
İnsanlar arasında başlıca ünsiyyət vasitəsi olan dilin 
yaranması və tərəqqi etməsində eşitmə orqanı və danışıq 
üzvlərinin xüsusi rolu olmuşdur. Dil üçün, hər şeydən əv-
vəl, bunların vəhdəti, birgə fəaliyyətləri vacib idi. Belə ki, 
əgər insanlar ətraf mühitin səslərini və eləcə də öz çığırtıla-
rını eşitməsəydilər, gələcəkdə danışa da bilməzdilər.
Şəkil 1. Eşitmə və danışıq prosesi
İnsan lap ilk gündən çoxlu və müxtəlif səslər əhatə-
sində formalaşırdı. O, səs eşitmə üzvü – qulağı vasitəsilə 
dərk edirdi. İnsanın qulağı ilə eşidilən hər bir səs ani hal-
daca qruplaşır; bunun quş, heyvan və ya təbiət səsi oldu-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
380
ğu müəyyənləşirdi. Lakin ilk insanla müasir adamın səs-
eşitmə, səsseçmə və fərqləndirmə qabiliyyəti, şübhəsiz ki, 
eyni olmamışdır. İnsanın bu sahədəki bacarığı get-gedə 
təkmilləşmiş, eşitmə üzvü o dərəcədə inkişaf etmişdir ki, 
indi yalnız infra və ultra səsləri qəbul edə bilmir. Məlum 
olduğu üzrə, səs mühitin dalğaşəkilli rəqsləridir. Bu səs 
rəqsləri saniyə ilə ölçülür. Bir saniyədə 16-dan aşağı olan 
səs rəqsi infrasəs adlanır. Lakin bir saniyəlik miqdarı 20 
mindən artıq olan səs rəqsi isə ultrasəs hesab edilir. İnsan 
qulağı bir saniyədə 16-dan 20 minə qədər olan səs rəqsləri-
ni normal eşidə bilir.
İnsanın eşitmə üzvü tələffüz edilən danışıq səslərinin 
hər birinə aid xüsusiyyət və əlamətləri digərindən fərqlən-
dirməyə imkan verir. Elə buna əsasən də dildə müxtəlif 
səslər əmələ gətirilmiş ki, bunlar da dilin fonetik quru-
luşunda xüsusi sistemlər təşkil edir. İndi insanın eşitmə 
orqanının quruluşuna nəzər yetirək.
İnsanın eşitmə üzvü – qulaq sağ və sol olmaqla cüt 
orqandır. Qulağın iki olması səs dalğalarını tez müəyyən-
ləşdirməyə xidmət edir. Qulaq üç hissədən ibarətdir: a) xa-
rici qulaq, b) orta qulaq, c) daxili qulaq. Bu hissələrin hər 
birini bir neçə ünsür təşkil edir. Həmin ünsürlər səsin eşi-
dilməsində iştirak edir.
Səs necə eşidilir? Əmələ gələn hər hansı səs dalğala-
rı insanın qulaq seyvanına təsir edir. Bu ünsür səs dalğa-
larını toplayır. Həmin səs dalğaları xarici eşitmə yolu ilə 
keçib qulaq pərdəsinə çatır. Çox həssas olan qulaq pərdə-
si təzyiq nəticəsində içəriyə doğru əyilir. Bu zaman orta 
qulaqdakı eşitmə sümükcükləri – çəkic, zindan, üzəngi işə 
düşür, səs təzyiqinin artmasına və eyni zamanda qulaq 
pərdəsinə gələn dalğaların daxili qulağa keçməsinə kömək 
edir. Daxili qulaqda ilbizvarı membran vardır. Buraya ça-
tan dalğalar membranı hərəkətə gətirir. Bu zaman mem-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
381
bran eşitmə sinirləri ilə əlaqələnir, bunun nəticəsində də 
qıcıqlanma əmələ gəlir və bunlar (qıcıqlanmalar) beyində-
ki eşitmə mərkəzinə ötürülür. Beləliklə, səs eşidilir.
Dil eşidilən və danışılan hadisə olduğu üçün onun 
əmələ gəlməsi və formalaşmasında bu eşitmə orqanının 
rolu heç də danışıq üzvlərininkindən az olmamışdır. İn-
san səsinin əmələ gəlməsində iştirak edən orqanlar danı­
şıq üzvü adlanır. Əmək nəticəsində təşəkkül tapan insanın 
danışıq orqanları da indiki vəziyyətdə deyildi, o, tədricən 
inkişaf edib formalaşmışdır. Bu barədə F.Engels aydın de-
mişdir: “...Əmələ gələn insanlar o yerə çatmışlar ki, onlar-
da bir-birinə bir şey söyləmək tələbatı meydana gəlmiş-
dir. Tələbat özünə orqan yaratmışdır: meymunun inkişaf 
etməmiş olan xirtdəyi yavaş-yavaş, lakin dönmədən, mo-
dulyasiya yolu ilə, getdikcə daha artıq inkişaf edən mo-
dulyasiyaya keçmək üçün dəyişilmiş, ağız orqanları isə 
tədricən bir-birinin ardınca aydın səslər tələffüz etməyi 
öyrənmişdir”
1
.
Alimlər ilk dəfə insanların hansı üzvlərlə danışmağa 
başladıqları ilə də çox maraqlanmışlar. Bu haqda bir neçə 
mülahizəyə təsadüf edilir. Bunlardan birində insanın dil və 
dodaqla danışdığı göstərilir. Əlbəttə, danışıqda bu üzvlər 
çox fəaldır. Lakin yalnız bunları mühüm hesab etmək doğ-
ru olmazdı. Çünki danışıq səsinin yaranması üçün bir çox 
üzvün iştirakı gərəkdir. Məsələn, m və t səslərinin əmələ 
gəlməsinə fikir verək. M səsinin tələffüzündə dodaqlar 
bir-birinə kiplənir, t səsinin deyilişində isə dilin önü üst 
dişlərin içəri hissəsinə söykənir və s. Bəs bu səslər ancaq 
adını çəkdiyimiz üzvlərləmi yaranır? Əlbəttə yox. Biz bu 
səslərin yaranmasında zahirən görünən üzvlərin adlarını 
çəkdik. Əslində, m səsinin əmələ gəlməsində dodaqlardan 
1
F.Engels. Təbiətin dialektikası. B., 1966, səh. 147.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
382
başqa, damaq pərdəsi, udlaq boşluğu, xirtdək, səs telləri, 
nəfəs borusu və başqa üzvlər də iştirak edir.
Səsin əmələgəlmə və formalaşma mənbələri olan da-
nışıq üzvləri rəngarəng səslər yaratmağa qadirdir.
Bunlar həm musiqili ton, həm də küy əmələ gətirir. 
Dilin səs sistemi hələ çox qədimlərdən başlayaraq insanın 
danışıq üzvlərinin anatomik-fizioloji quruluşunun tədri-
cən təkmilləşməsi nəticəsində inkişaf etmişdir. İndi qısa da 
olsa, danışıq üzvlərinin dəyişilib inkişaf etmələri, quruluş 
və hərəkətlərinin bəzi ümumi cəhətləri ilə tanış olaq.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin