Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
374
ləri idi. Bu proses beynin fəaliyyəti nəticəsində olan bəsit
əməyin rüşeymi hesab olunur. Bax, bu dövrdə, yəni avs-
tralopitekin təkamülünün son pilləsi və həqiqi insan təşək-
külünün astanasında
dilin də bəsit, hətta lap bəsit rüşeymləri
meydana çıxırdı. Materialist nəzəriyyə öyrədir ki, əmək in-
sanın özünü və dilini yaratmışdır. Deməli, bəsit əmək olan
yerdə bəsit də “dil” olmalı idi. Bu “dil”, əlbəttə, bizim indi
istifadə etdiyimiz dil kimi olmayıb, üzvlərinə bölünməyən,
lakin kommunikasiya məqsədli az miqdar səslərdən ibarət
idi. Uzun illər bu formadan istifadə edilmiş və nəhayət, in-
sanlığın müxtəlif mərhələsindəki inkişafı əsasında get-ge-
də həqiqi səsli dil formalaşmışdır.
Avstralopitek Afrikada tapıldığından
bəzi alimlər
belə fərz etmişlər ki, Afrika insanlığın
beşiyi olmuş və
yer üzünə insanlar buradan yayılmışlar. Bu fikrin əksinə
olaraq bəzi alimlər isə Asiyanı insanın ilk vətəni hesab et-
mişlər. Ümumiyyətlə, birinci fikri müdafiə edənlər daha
çoxdur. Demək lazımdır ki, insanlaşma üçün Afrika öz tə-
bii şəraiti ilə daha münasib yer olmuşdur. Yenicə forma-
laşan insan burada hər şey əldə edə bilmiş və yaşamışdır.
Kökləri qədim insanabənzər meymunlardan baş-
layan “insanlaşma” çox uzun sürən proses olmuşdur.
Buna görə də dünya sahəsinə həqiqi insan milyon-mil-
yon illər keçdikdən sonra gəlmişdir. Həqiqi insanın in-
kişafının üç mərhələsi müəyyənləşdirilmişdir
1
: 1) ilk in-
san mərhələsi; 2) qədim insan mərhələsi; 3) müasir insan
mərhələsi.
Bu mərhələlərdə dilin vəziyyəti necə olmuşdur? Bu
sualı aydınlaşdırmaq üçün dil məsələsini insanın tarixi ilə
müvazi şəkildə nəzərdən keçirmək lazım gəlir.
1
Antropoloqların bu haqda müxtəlif bölgüləri vardır, hətta belə bir bölgüyə də təsadüf olu-
nur: a)
lal insan; b) səfeh insan; c) ağıllı insan.
Bu bölgü, əlbəttə, inandırıcı deyildir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
375
Dostları ilə paylaş: