1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə207/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   203   204   205   206   207   208   209   210   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Trondayk sübuta yetirməyə çalışmışdır ki, insanın qədim 
əcdadı lap əvvəlcədən danışıq üzvlərini hərəkət etdirmək 
vərdişinə malik olmuş və bununla ünsiyyət edib bir-bi-
rinə fikir söyləyə bilmişdir.
İlk dilin jestlərdən ibarət olduğu fikrini akademik 
N.Y.Marr davam etdirmiş və jestlər adlanan “dili” genetik 
dil, əl-hərəkət dili adlandıraraq dilin mənşəyinə dair yeni 
nəzəriyyə yaratmaq istəmişdir. N.Y.Marr da ilk dilin səsli 
olmadığını sübut etməyə səy göstərmişdir.
O, səsli dilin əl-hərəkət dilindən çox-çox gec yaran-
dığını söyləmiş
1
; həmçinin səsli dilin ünsiyyət üçün deyil, 
sehrbazlıq üçün, mahnı oxumaq üçün yarandığını iddia 
etmişdir. Bununla da N.Y.Marr səhv olaraq dilin ictimai 
xarakterini inkar etmişdir.
N.Y.Marra görə, dil əvvəlcə jestlər dili formasında ya-
ranmış, sonra səsli dil şəklinə düşmüş, gələcəkdə isə xalis 
təfəkkür formasını alacaqdır. Alimin bu baxışı da, şübhə-
siz, qeyri-elmidir.
Jestlər nəzəriyyəsinin tərəfdarları arasında iki fikir 
bir-birindən xüsusi olaraq fərqləndirilirdi; belə ki, alimlə-
rin bir qrupu, yuxarıda qeyd edildiyi kimi, ilk insanların 
həm əl-qol, həm də dil və dodağın hərəkət etdirilməsi ilə 
danışdıqlarını müdafiə etmişdir. Lakin bəzi alimlər insan-
ların ancaq əl vasitəsilə ünsiyyətdə olduqlarını göstərmiş-
lər. Məsələn, holland alimi Y.Van Ginegen demişdir ki, in-
sanlar öz fikirlərini əlin hərəkəti ilə ifadə etmişlər.
1
N.Y.Marr sonralar bu fikrinə düzəliş edərək demişdir ki, insanlar əl-hərəkətlə bərabər, səs-
lərdən də istifadə etmişlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
365
Dilin əmələ gəlməsinə dair bu nəzəriyyə də aşağıdakı 
səbəblərdən məqbul hesab olunmur:
1. Jestlər əyani şəkildə göstəricilik xarakterinə malikdir. 
Jestləri eşitməklə yox, görməklə dərk etmək olur. Dil 
isə danışılan və eşidilən bir hadisədir.
2. Jestlərdə söz olmur. Buna görə də jest və ya mimika bu 
və ya digər əşyanın, yaxud hadisənin adı ola bilmir.
3. Jestlər səsli dildən qabaq mövcud olmamışdır. Bunlar, 
təxminən, səsli dilin təşəkkül prosesində və ya ondan 
sonra meydana çıxaraq bəzi hallarda səsli dili müşa-
yiət etmişdir.
Ümumiyyətlə, jestlərin, mimikaların varlığını və ro-
lunu inkar etmək olmaz. Belə ki, indi də danışıqda bun-
lardan istifadə olunur. Lakin jestlər, bəzi nəzəriyyəçilərin 
təsəvvür etdiyi kimi, dildə əsas rola malik deyildir, ancaq 
köməkçi vəzifə daşıyır. Əsasən, səhnə ustalarının, natiqlə-
rin nitqində jestlərin “köməkçi emosional əhəmiyyəti” var-
dır. Bunlar dilin vasitəsilə ifadə olunan məna və məzmun-
ların daha canlı verilməsində xüsusi rol oynayır.
Ayrı-ayrı xalqlarda jestlərin müxtəlif formaları vardır. 
Bunların müxtəlif xalqlarda fərqli cəhətləri də mövcuddur. 
Lakin unutmamaq lazımdır ki, yuxarıda qeyd etdiyimiz 
kimi, jestlər də səsli dilə köməkçi vasitələrdəndir. Bəşəriy-
yətin yeganə dili həmişə ancaq səsli dil olmuşdur.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin