Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
377
san sümükləri tapılmışdı. Həmin sümükləri tədqiq edən alim-
lər müxtəlif fikirlər söyləmişlər. Bir qrup alim bunların insan
tipinə aid olduğunu bildirmişdir. Həqiqətən də sonrakı axta-
rışlar bu fikri təsdiq etmişdir. Neandertal adamının sümükləri
bir çox ölkələrdə, o cümlədən SSRİ-də, Fransada, İngiltərədə,
Çexoslovakiyada, İspaniyada və başqa yerlərdə də tapılmışdır.
Azərbaycan da qədim insanın məskəni olmuşdur.
Hadrut rayonundakı mağarada qədim insanın yaşadığı
müəyyən edilmişdir. 1968-ci ildə mağarada qədim adamın
alt çənəsi tapılmışdır. Alimlərimiz mağarada yaşamış qə-
dim insanları
azıxantrop adlandırmışlar.
Neandertal adamı zahirən
müasir adamlardan çox-
çox fərqli imiş. İndiki təsəvvürə görə, bu insan tipi də çir-
kin olmuş, onların alnı enli, üzü uzun formada imiş. Ümu-
miyyətlə, sir-sifətləri meymunu xatırladırmış.
Qədim insanlar da dəstə halında yaşamışlar. Bu
dəstələr minlərlə olub müxtəlif coğrafi əraziyə yayılmışlar.
Qədim insanlar mağaralarda, qaya altında məskən salıb ya-
şayırdılar. Onlar hətta düzənlik yerlərdə də düşərgə, “da-
yanacaq” salmışlar. Qədim adamın həyat tərzi son dərəcə
ağır və işgəncəli idi; yaşamaq üçün həmişə təbiətlə müba-
rizə aparmalı olmuşlar. Qışın şaxtası, payızın, yazın leysan
yağışı, küləyi onları çətinliyə salıb ölümlə hədələmiş, daim
düşünməyə, yeni-yeni vasitələr
axtarmağa məcbur etmiş-
dir. Qədim insanlar soyuqdan
qorunmaq üçün mağarada
tonqal qalayıb ətrafında qızınmışlar. Əmək onların
həyat
tərzini dəyişməsində, yeni növ yem əldə etməsində və ümu-
mi inkişaflarında xüsusi rol oynamışdır. Qədim insanların
əlləri çox inkişaf etmişdi. Daşdan müxtəlif zəruri alətlər ha-
zırlaya bilirdilər. Neandertal adamları daş alət hazırlamaq-
da böyük nailiyyətlər qazanmışdılar.
Sümükdən və sonra
ağacdan da alət və silah düzəltmişdilər. Ov üçün dəyənək
hazırlayıb, ucunu odda yandıraraq şiş vəziyyətə salmaq qə-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
378
dim adamın düşüncəsinin nəticəsi idi. Bunlar ovçu cəldliyi
və bacarığına malik idilər. Belə adamlar mağara ayısından
tutmuş çox müxtəlif vəhşi heyvanları ovlamışlar. Ov za-
manı müxtəlif üsullardan istifadə etmişlər. Get-gedə əmək
alətlərinin çoxalması və oddan istifadə olunması insanlığın
inkişafı tarixində böyük əhəmiyyət kəsb etmişdir.
Məlum
olduğu üzrə, insan öz varlığında üç nailiyyəti ilə:
birinci-
si, əmək aləti hazırlaması, ikincisi, ocaqdan istifadə etməsi,
üçüncüsü isə səsli dili yaratması ilə fəxr etmişdir.
Bəs neandertal adamında nitqin – səsli dilin vəziyyəti
necə idi? Hər şeydən əvvəl deməliyik ki, təməli hələ insan-
laşmanın başlanğıcından qoyulmuş, lakin bəsit olan danı-
şıq dil neandertal dövründə də insanın özü ilə birlikdə for-
malaşma yolu keçmişdir. Qədim insan dəstələrində məişət
çox yavaş dəyişirdi. Buna müvafiq olaraq danışıq – dil də
azacıq inkişaf edirdi. Hər dəstədə danışığın – dilin inkişafı
müstəqil idi. Buna görə də şəraitlə əlaqədar dəstələrdə da-
nışığın inkişafı bir-birindən fərqlənirdi. Bu ayrı-ayrı dəstələr
zaman keçdikcə birləşib böyük dəstələr və nəhayət, bəsit cə-
miyyət yaratmışlar. Belə bəsit cəmiyyətdə dəstə dillərindən
biri ümumi olmuş, hamı ondan istifadə etmişdir. Cəmiyyət
inkişaf etdikcə yeni-yeni əmək alətləri, istehsal prosesi ya-
ranmış və bunlar dilin inkişafına öz təsirini göstərmişdir.
Dostları ilə paylaş: