Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
170
Nitq prosesində fəaliyyət
göstərən üzvlər möhkəm və
mürəkkəb sistem halındadır. Bunların
birinin zədələnməsi
nəticəsində nitq prosesində müəyyən çatışmazlıq, anormallıq
əmələ gələ bilir. Məsələn, beynin zədələnməsi nitq fəaliyyə-
tinin pozulmasına səbəb olur. İnsan
beyninin müəyyən his-
sələrinin zədələnməsi nəticəsində nitq fəaliyyətində bu və ya
başqa qüsurlar yaranır. Belə ki, xəstələrin bəzisi sözləri tələffüz
edə bilmir, digəri nitqi dərketmə qabiliyyətini itirir və s. Nitq
fəaliyyətinin pozulmasına səbəb olan başqa faktorlar da var-
dır. Məsələn, insanda ciddi yorğunluq, sarsıdıcı qorxu, gərgin
əsəbilik nəticəsində də nitqin pozulması halları baş verə bilir.
İnsanın nitq fəaliyyətini öyrənməkdə görkəmli fizio-
loq İ.P.Pavlovun ali əsəb fəaliyyəti haqqındakı nəzəriyyəsi
dilçilik elmi üçün çox faydalıdır.
Məlumdur ki, dilçilikdə bütün dil hadisələri ilə yana-
şı, səs sistemi də öyrənilir, hər bir fonemin elmi xarakteris-
tikası verilir. Bu məqsədlə danışıq səsləri tədqiq olunarkən
onların fizioloji əsasının da aydınlaşdırılması lazım gəlir.
Dilin səslərinin fizioloji əsası fiziologiya elminin nailiyyət-
ləri üzərində şərh edilir. Danışıq səsinin fiziologiyası dilin
səslərinin anatomiya və fiziologiyasının elmi nəticələri əsa-
sında öyrənilir. Dilin mənşəyinin real şərhi onun fizioloji
əsasda izah olunmasını tələb edir. İnsanlar arasında başlı-
ca ünsiyyət vasitəsi olan dilin yaranması və tərəqqi etmə-
sində eşitmə orqanı və danışıq üzvlərinin xüsusi rolu ol-
muşdur. Dil üçün, hər şeydən əvvəl, onların vəhdəti, birgə
fəaliyyəti lazım idi. Belə ki, əgər insanlar ətraf mühitin səs-
lərini və eləcə də öz çığırtılarını eşitməsəydilər, gələcəkdə
danışa da bilməzdilər. Bütün bunları dilçi alimin elmi əsas-
da, inandırıcı dəlillərlə şərh etməsi üçün mütləq fiziologi-
ya elminə müraciət etməsi lazım gəlir. O, eşitmə orqanının
quruluşuna dərindən bələd olmalı, danışıq üzvlərinin hər
birinin funksiyalarını mükəmməl bilməlidir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
171
Dostları ilə paylaş: