1.3. “Multikulturalizmə giriş” fənninin metodları Hər bir fənnin tədqiqat metodları olduğu kimi “Multikulturalizmə giriş”
fənninin də tədqiqat metodları vardır. Metod (yunan dilindən tərcümədə
“nəyəsə aparan yol” deməkdir) elmi biliyin əldə olunmasının yolu, dərketmə
prosesinin, xüsusən də elmin predmetinin öyrənilməsi üsuludur. Elmi cəhətdən
əsaslandırılmış metodların tətbiq edilməsi idrakın müvəffəqiyyətlə inkişafının ən
mühüm şərtidir. Metod elmi biliyin əldə edilməsinin və onun praktik fəaliyyətdə
tətbiqinin yollarını, üsullarını göstərir. Əgər metodun tətbiq edilməsinin məqsədi
elmi biliyin əldə edilməsidirsə, onda tətbiq edilən metodun özü də elmi olmalıdır.
Buna görə də hər bir elmdə, o cümlədən hər bir tədris fənnində tətbiq ediləcək
müvafiq metodların seçilməsi mühüm bir məsələdir.
“Multikulturalizmə giriş” fənnində
müşahidə, müqayisə, ölçü, eksperiment, induksiya və deduksiya, analiz və sintez, abstraktlaşma, ümumiləşdirmə ,
təsnifat və analogiya kimi ümumməntiqi metodlardan və ya elmi idrakın ümumi
metodlarından istifadə olunur.
Müşahidə Müşahidə - cisim və hadisələrin öyrənilməsinə, onların mənasının
və əhəmiyyətinin müəyyən edilməsinə yönələn gerçəkliyin məqsədyönlü
qavrayışıdır.
Müşahidə prosesi müşahidənin
obyekti (müşahidə olunan cisim və
ya hadisə), müşahidənin
subyekti (müşahidəçi), müşahidənin
vasitələri və
müşahidənin
məqsədi kimi tərkib hissələrdən ibarətdir.
Müşahidə tədqiq olunan obyekt haqqında ilkin məlumatın alınmasına
yönəlmişdir. Müşahidə vasitəsi kimi insanın hiss orqanları çıxış edir. Bir qayda
olaraq müşahidə zamanı subyekt obyektin inkişafına müdaxilə etmir. Obyekt
təbii, adi şəraitdə olur. Subyekt isə onu öyrənir.
Müşahidə nəticəsində əldə olunan məlumat subyektin istəyindən, arzularından
asılı olmur. Başqa sözlə desək, bu məlumat obyektiv xarakter daşıyır. O, müşahidə
olunan cisim və hadisələrin obyektiv əlamətləri və münasibətləri haqqında bizə
xəbər verir. Sözügedən məlumatın məzmunu tədqiq olunan cisim və hadisələrin
sonrakı öyrənilməsinin növbəti mərhələlərində tədqiqatçı üçün faydalı olur.
25
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
Müşahidənin iki növü vardır: