MULTİKULTURALİZMƏ GİRİŞ
42
multikulturalizmdə dövlətin rolu və ya müdaxiləsi azdır. Kukatas qeyd edir
ki, azlıqlar dövlət müdaxiləsindən azad olmalıdırlar. Onun konsepsiyasına
görə, birləşmə azadlığından açıq cəmiyyət doğur
və digər mədəniyyətlərin
nümayəndələri bu cəmiyyətin mənsublarına qoşularaq onun üzvünə çevrilə
bilərlər. Eyni zamanda yeni qoşulmuş üzvlər və ya kosmopolit mühitin bir hissəsi
olaraq öz ənənələrinə uyğun surətdə, yaxud da digərləri ilə yalnız minimal həddə
əlaqəyə girərək mədəni azlıqların nümayəndələri kimi rahat yaşaya bilərlər.
Kukatasın bu konsepsiyası xüsusən “Dözülməzə Dözmək” (Tolerating the
Intolerable) adlı əsərində ifadə olunmuşdur.
Kimlika isə dövlətin müdaxiləsini və aktiv rolunu dəstəkləyir. O, bildirir ki,
qruplar arasında münasibətlər sadəcə dözümlə kifayətlənərsə, onda qrup daxilində
üzvlərlə bərabərhüquqlu davranılma təmin olunmaz. Buna görə də, Kimlika
“qrup-differensasiyalı hüquqlar” vasitəsilə tanınma (recognition) konsepsiyasını
irəli sürür. Bu cür hüquqları iki kateqoriyaya bölür: ayrı-ayrı qrupların bir-birlərinə
münasibətdə olan hüquqlarını nəzərdə tutan qrup hüquqları və hər hansı qrupun
öz daxilində onun üzvlərinin fərdi hüquqları. Bir məqamı da qeyd etmək lazımdır
ki, qrup hüquqları bəzən öz müqqəddaratını təyinetmə hüququ kimi də qavranılır
və bu səbəbdən də multikulturalizm həm də etnik millətçiliklə əlaqələndirilə
bilir. Bunun da səbəbi qrup hüquqlarının özündə təmsilçilik və özünü idarəetmə
hüquqlarını ehtiva etməsidir. Özünü idarəetmə və təmsilçilik hüququ əldə etmiş
qruplar bir tərəfdən özünü idarəetməni öz müqəddaratını təyin etmə səviyyəsinə
qaldırmağa meyl edirlər, digər tərəfdən isə öz müqəddəratını təyinetmə hüququnu
müstəqil dövlət formasında reallaşdırmaq istəyirlər.
Bu da etnik millətçiliyin
inkişafına rəvac verir. Misal olarar, multikulturalizm siyasətinin ən uğurlu
nümunələrindən sayılan Kanadada Kvebek bölgəsi əsas etibarilə fransızdilli olan
və əcdadları Fransadan köçmüş insanlardan formalaşmışdır.
Kvebek bölgəsi Kanada dövləti
daxilində yüksək muxtariyyətə, yəni
özünüidarəetməyə malikdir. Amma bununla kifayətlənməyərək, Kvebekin
Kanadadan ayrılaraq müstəqil dövlətə çevrilməsi istiqamətində aparılan
ciddi
cəhdlər müəyyən gərginliyə səbəb olmuşdur və bu zəmində etnik millətçilik
özünü büruzə vermişdir. Hətta bölgənin müstəqilliyi ilə bağlı 1980-ci və 1995-cı
illərdə iki referendum keçirilmişdir.
Çandran Kukatas bildirir ki, klassik multikulturalizm prinsipləri üzərində
qurulmuş multicultural cəmiyyətdə bir sıra qeyri-liberal elementlər də mövcud
43
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
ola bilər. Amma həmin elementlər
nə təqibə, nə də assimliyasiyaya
məruz qalmamalıdır.
Sadəcə
olaraq onlara tolerant münasibət
göstərilməlidir.
Çünki
yad
mədəniyyətlər və ənənələr,
hətta
liberalizmə və liberal dəyərlərə
uyğun olmadıqda belə onlara
tolerantlıqla yanaşmaq lazımdır.
Məhz bu baxımdan klassik liberal
multikultural
rejim ən tolerant
rejim kimi xarakterizə oluna bilər.
Məsələ ondadır ki, belə rejim hətta ona qarşı çıxanların mövcud olması ilə də
barışmağa hazırdır. Amma heç bir qrupa və ya icmaya hansısa xüsusi üstünlük
və ya imtiyaz verilmir. Eyni zamanda klassik liberal multikulturalizm heç kəsin
öz dəyərlərinə riayət etməsinə və ya müəyyən ənənələrini dəstəkləməsinə mane
olmamalıdır, lakin heç bir məqsəd və ya ənənəyə də xüsusi üstünlük verməməli
və ya təbliğ etməməlidir.
Kukatasın qənaəti ondan ibarətdir ki, klassik liberal multikulturalizm
qorxu və ya favoritizmin olmadığı bir yanaşmadır.
Multikulturalizmə klassik
liberal yanaşmasının əsas problemi ondan ibarətdir ki, ona real həyatda praktik
olaraq heç bir nümunə yoxdur. Hətta Çandran Kukatas özü də bu faktı etiraf edir
və onu belə izah edir ki, klassik liberal multikulturalizmdə qeyri-real dərəcədə
yüksək standart müəyyən etdiyinə görə onu faktiki olaraq həyata keçirmək
mümkün deyil. Həmin standart mütləq tolerantlıq standartıdır. Bunları nəzərə
alaraq, klassik liberal multikuturalizmi utopik və ya romantik multikulturalizm
kimi də xarakterizə etmək olar.
Multikulturalizmə liberal yanaşmasından bəhs edərkən bir önəmlı məqamı
nəzərə almaq lazımdır. Bu da ondan ibarətdir ki, liberal multikulturalizm məfhumu
ilə multikulturalizmə liberal yanaşması eyniləşdırilməməlidir. Multikuluralizmə
Vil Kimlikanın və Çandran Kukatasın liberal yanaşmaları müvafiq olaraq müasir
liberal multikulturalizm və klassik liberal multikulturalizm kimi xarakterizə oluna
bilər. Yəni multikulturalizmə bu iki müəllifin liberal yanaşmaları (klassik və müasir)
liberal multikulturalizm anlayışına münasibətdə sinonim kimi çıxış edə bilər.
Dostları ilə paylaş: