Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə6/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
10 
temperatur, təzyiq, təmizlik), avadanlıqların yaratdığı səs və 
titrəmələrdir. 
Elektrik qurğularına və elektrikləşdirilmiş istehsal aqreqat 
və cihazlarına xidmət edən, fəhlələr və mühəndis- texniki 
işçilər elektrik cərəyanının xəsarətindən tam təhlükəsiz 
olmalıdırlar. (şəkil 1) 
Şəkil 1. Elektrik cərəyani ilə iş. 
 
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına 
cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir göstərirsə, 
belə mühit zərərli mühit sayılır. Zərərli istehsalat təsirlərinə 
qeyri-kafi meteoroloji şərait, zəif işıqlanma, radioaktiv 
şüalanmanın və elektromaqnit sahələrinin mövcudluğu
istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, titrəmələr və 
nəhayət, bədəndə yaranan ümumi fiziki gərginlik məsələn


Əmək mühafizəsi 
11 
əzələlərin artıq yüklənməsi, əsəblərin həddən artıq gərilməsi və 
s. aiddir. 
Zərərli 
istehsalat 
şəraitinə 
həmçinin 
akkumulyator 
sexlərindəki işləri və elektrik qaynaq işlərini göstərmək olar. 
Bu cür işlər, kəskin peşə xəstəliklərinə səbəb olur. 
İstehsalatda işçilərin normal işini təmin edən texniki 
sənədlərdə işlərin təhlükəsiz yerinə yetirilməsi üçün kompleks 
tədbirlər (çəpərlər, mühafizə vasitələri, istehsalat təlimatları və 
s.) nəzərə alınmalıdır. İstehsalatın texnologiyasını yaratdıqda, 
istismar 
şəraitində 
və 
istehsalat 
avadanlıqlarının 
layihələndirilməsində və təhlükəsizlik texnikası şərtlərini 
nəzərə almaq vacibdir.
Qeyd etmək lazımdır ki, baxılan halda istehsalatın 
maksimum 
dərəcədə 
mexanikləşdirilməsi 
və 
avtomatlaşdırılması çox vacibdir. hər bir müsbət hadisədə 
mənfi və hər bir mənfi hadisədə müsbət cəhətlər mövcud olur. 
Elmi-texniki inqilab özlüyündə müsbət hadisədir. Bununla 
belə, yüksək səviyyədə inkişaf etmiş, quruluşuna görə çox 
mürəkkəb olan texnikadan istifadə edən insan kiçik bir səhv 
üzündən 
özünü 
təhlükə 
qarşısında 
qoyur. Avtomobil 
maşınlarının sürətlə çoxalmasını biz təbii olaraq müsbət 
qiymətləndiririk, lakin avtomobil qəzalarının acı nəticələri də 
göz qabağındadır. 
Rus alimi Q.Y.Panov yazır ki, dünya miqyasında texnika ilə 
onu idarə edən insan arasındakı uyğunsuzluq nəticəsində təkcə 
1900-1950-ci illər arasında, yəni cəmi 50 il ərzində təxminən 
250 milyon adam həlak olmuşdur, halbuki həmin dövrdə 
müharibələr 90 milyon adamın ölümünə gətirib çxarmışdır. 
Indi maşınla əlaqədar olaraq dünya miqyasında hər bir gün 
ərzində 350 min adam həlak olur ki, bunun da 250 mini 
avtomobil qəzaları ilə bağlıdır. Beynəlxalq Əmək Təşkilatının 
məlumatına görə dünyada hər il istehsalatda təxminən 270 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin