Əmək mühafizəsi 14
“Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ
vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu,
Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57-
ci konvensiyasının (o cümlədən əməyin mühafizəsi və
təhlükəsizliyinə dair 21-ci konvensiyasının) əsas prinsipləri
Əmək Məcəlləsində öz əksini tapmışdır.
Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü məhz əməyin
mühafizəsi normalarını, qayda və prinsiplərini, hüquqi,
təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə etməklə,
işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin
olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyən
edilməsinə həsr olunmuşdur.
Əməyin
mühafizəsi
haqqında
hər
bir
işçi
maarifləndirilməlidir, bundan əlavə, hər bir gənc işləməzdən
öncə bu mövzuda hər hansı bilgiyə sahib olmalıdır. Yalnız bu
zaman peşəsini yerinə yetirən şəxslərin təhlükəsizliyi qorunar.
Əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi
ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti
orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə
Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi
üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi
normaları, standartları, qaydaları əmək münasibətlərinin
tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Hər
bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin
mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi
gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.
Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri
Azərbaycan Respublikası Prezidentinin 01 fevral 1999-cu il
tarixdə imzaladığı 618-1Q nömrəli Qanununa əsasən, 1999-cu
ilin iyul ayının 1-dən qüvvəyə minmiş Azərbaycan