Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə7/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
12 
milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq 
adam həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar 
olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin tədricən 
daha çox aktuallıq kəsb etməsinə səbəb olur və cəmiyyətin 
diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsizlik 
əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək üçün 
Beynəlxalq Əmək Təşkilatı 28 apreli Ümumdünya Əməyin 
Mühafizəsi günü elan etmişdir. 2004-cü ildən etibarən 
Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi günü 
dövlət səviyyəsində qeyd olunur. 
Sual və tapşırıqlar: 
1. Əməyin mühafizəsi nəyi təmin edir? 2. Normal iş 
şəraitinin yaradılmasına əsas təsir göstərən faktorlar 
hansılardır? 3. Əmək mühafizəsi üzrə qanun nə vaxt 
təsdiq edilmişdir? 4. İstehsalatda baş verən bədbəxt 
hadisləri necə minimuma endirmək olar? 
§ 2. ƏMƏYİN MÜHAFİZƏSİ NORMALARI, 
QAYDALARI VƏ PRİNSİPLƏRİ 
 
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 
hazırlanaraq hələ 1995-ci ildə qəbul edilən ölkə 
Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə 
işləmək hüququ təsbit olunub. Ulu öndərimizin tapşırıqları 
əsasında 1997-ci ildə ölkəmizdə vətəndaşların əmək, o 
cümlədən əməyin mühafizəsi hüquqlarının təmin olunmasına 
dövlət nəzarətini həyata keçirən dövlət qurumu yaradılıb. 1999-
cu ildə isə MDB-də ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi 


Əmək mühafizəsi 
13 
münasibətlər dövrünə uyğun olan, əməyin mühafizəsi 
normaları, qaydaları və prinsiplərini də əhatə edən Əmək 
Məcəlləsi təsdiq edilərək qüvvəyə minib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
uğurlu sosial-iqtisadi siyasəti ölkə vətəndaşlarının səmərəli 
məşğulluq imkanlarının ildən-ilə artmasına şərait yaratmaqla, 
eyni zamanda, işçilərin təhlükəsiz və sağlam əmək şəraitdə 
çalışmasını nəzərdə tutan dövlət siyasətinin də güclənməsinə 
imkan verib. Bu sahədə ölkəmiz hazırda 100 illiyini qeyd edən 
BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malikdir. Ötən dövrdə 
BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o 
cümlədən əməyin mühafizəsi ilə əlaqədar 21 Konvensiyasını) 
və bir protokolunu ratifikasiya edən Azərbaycanda milli 
qanunvericiliyin bu sənədlərə uyğun təkmilləşdirilməsi 
istiqamətində mühüm işlər aparılıb. Həmçinin əmək mühafizəsi 
ilə bağlı dolğun qanunvericilik bazası formalaşdırılıb. Əmək 
Məcəlləsində ayrıca bir fəsildə əməyin mühafizəsi normaları, 
qaydaları və prinsipləri əksini tapmaqla, əməyin mühafizəsi 
üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi 
normalarının, 
standartlarının, 
qaydalarının 
əmək 
münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün 
məcburi olduğu qeyd edilib. 
Bu gün Azərbaycanda uğurla davam etdirilən hüquqi dövlət 
və demokratik cəmiyyət quruculuğu prosesi sivil dünya 
ənənələrini əhatə etməklə yanaşı həm də ölkə vətəndaşının 
hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına 
xidmət edir. Vətəndaşın bir işçi olaraq hüquqlarının qorunması, 
əməyinin mühafizəsi, onun üçün sağlam və təhlükəsiz iş 
şəraitinin təşkili dövlət siyasətinin prioritet məsələləri 
sırasındadır.
Azərbaycanda 
əməyin mühafizəsi ilə bağlı milli 
qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin