Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları -



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə116/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   112   113   114   115   116   117   118   119   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları -
Mirbəşir – 46. 
Növbəli əkində yeri. 
Payızlıq çovdarın becərilmə texnologiyası payızlıq buğdanın becərilmə 
texnologiyası ilə çox oxşardır. Ancaq payızlıq çovdar payızlıq buğdaya nisbətən sələflərə az 
tələbkardır. Daha yüksək dən məhsulu payızlıq çovdarı təmiz herikdən sonra növbələndirdikdə əldə 
edilir, belə ki, təmiz herik tarlanı alaq otlarından möhkəm təmizləyir, kifayət qədər nəmlik və qida 
maddələri toplayır. Çovdarı eyni tarlada 2-3 il əkmək mümkündür. Payızlıq çovdarı daha çox 
kartof, çuğundur, göy noxud və buğda bitkilərindən sonra becərmək məsləhət görülür. Qumlu və 
qumsal torpaqlarda yaşıl gübrə üçün becərilən lüpindən sonra yaxşı məhsul verir.
Payızlıq çovdar özü qarğıdalı, kartof, şəkər çuğunduru və yemlik kökümeyvəli bitkilər, yazlıq 
taxıllar və digər bitkilər üçün yaxşı sələfdir, bu da onun alaqları təmizləmək qabiliyyəti ilə 
əlaqədardır.
Gübrələmə.
Payızlıq çovdar digər taxıl bitkilərindən inkişaf etmiş güclü kök sistemi və qida 
maddələrini yüksək səviyyədə mənimsəmək qabiliyyətinə görə fərqlənir. Çovdar qida 
elementlərinin əsas hissəsini kollanma fazasından sünbülləmənin sonuna qədər istifadə edir. Bir ton 
əsas və əlavə məhsulla torpaqdan 25-35 kq azot, 14-15 kq fosfor və 25-40 kq kalium, 6-10 kq 
kalsium, 2-5 kq maqnezium elementi aparır. Boruya çıxma fazasının sonunda bitki quru maddəyə 
görə qida elementlərinə ümumi tələbatının 1/3 hissəsini toplayır, 65% azot, 56% fosfor və 58% 
kalium mənimsəyir. Əsas gübrələmədə şum altına 30-40 ton peyin və 1-2 sentner superfosfat verilir. 
Paxlalı bitkilərin yaşıl gübrə kimi istifadəsi payızlıq çovdarın məhsuldarlığını hektardan 8-10 
sentnerə qədər artırır. Paxlalar paxlabağlama fazasında payızlıq çovdarın səpininə 2-3 həftə qalmış 
yaşıl kütlə torpağa çevrilir.
Fosfor və kaliumlu gübrələr əsas şum altına, azotlu gübrələr isə planlaşdırılmış məhsul nəzərə 
alınmaqla (təsir edici maddə hesabı ilə hektara 120 kq-dan çox olmamaq şərti ilə) hissə-hissə verilir. 
Azotla zəif təmin olunmuş torpaqlarda payızlıq çovdarı heriksiz sələflərdən sonra yerləşdirdikdə 
azot gübrəsi (təsir edici maddə hesabı ilə hektara 30-40 kq) səpinqabağı kultivasiya altına verilir. 
Azot gübrəsinin qalan miqdarı yazda yemləmə şəklində verilir. Əgər bitkinin qışlaması normal 
keçərsə, onda azotun ümumi normasının 30-50%-i birinci yemləmə kimi kollanma fazasının sonu 


128 
və boruya çıxmanın başlanğıcında verilir. İkinci yemləmə ümumi azot normasının 40-50% boruya 
çıxma fazasında tətbiq edilir. Azot gübrəsinin dozası torpaq, yarpaq və toxuma diaqnostikasının 
göstəriciləri nəzərə alınmaqla düzəldilir.
Səpin vaxtı hektara 10 kq superfosfat verilməsi də məhsuldarlığı 2-3 sentner yüksəldir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin