18
FƏSİL 4. BİOLOJİ AZOT
Ekoloji, aqrotexniki və iqtisadi əhəmiyyəti.
Havanın bioloji azotunun təsbit olunması bitki
zülalı probleminin həllində əsas vasitədir. Havanın azotunun bioloji dövrana qoşulması sayəsində
əlavə olaraq zülal istehsalı təmin edilir. Əlverişli şəraitdə azot təsbit etmə qabiliyyətinə malik olan
bitkilərin zülal məhsuldarlığı, belə qabiliyyətə malik olmayan bitkilərin zülal məhsuldarlığını çox
dəfə ötüb keçir.
Azotun simbiotik təsbit olunması hesabına alınan məhsullar insanlar və heyvanlar üçün
zərərsiz olan yüksək qida və yem keyfiyyətinə görə fərqlənirlər. Bitkilərin tərkibində zülalın
miqdarının əhəmiyyətli dərəcədə artmasını sınaqdan keçirmək və vahid sahədən onun toplanmasını
yüksəltmək üçün çoxlu mineral azot gübrəsi hesabına vegetativ kütlədə nitratların toplanması gedir,
məhsulun keyfiyyəti kəskin azalır. Yem və qida məhsullarının tərkibində yüksək miqdarda azotun
oksidləşmiş formasının olması maddələr mübadiləsi, hərəkətverici - dayaq və əsəb sistemi, genetik
pozulmalar və generativ orqanların xəstəliyini yaradır. İş orasındadır ki, azot oksidi hemoqlobinin
funksiyasını təcrid edir (blokadaya almaq) və orqanizm oksigen çatışmazlığından əziyyət çəkir.
Su hövzələrinin və qrunt sularının azot oksidi ilə çirklənməsinin qarşısını almaq üçün,
müəyyən dərəcədə hava azotunun bioloji təsbit olunma vasitəsi ilə ətraf mühitin qorunması
problemini həll etmək mümkündür. Simbiotik azot təsbit etmək qabiliyyətinə malik olmayan qeyri-
paxlalı bitkilərin yüksək zülal məhsulunu çoxlu normada mineral azot tətbiq etmədən təmin etmək
mümkün deyil. Bu azotun bir hissəsi oksid halında su hövzələri və qrunt sularına düşür, onların
qatılığı bəzən yol verilən hədd normasını ötüb keçir. Oksidlər su vasitəsi ilə insan orqanizminə daxil
olaraq kanserogen adlanan nitroz birləşmələrinə çevrilir və bir neçə aylar və hətta illər keçdikdən
sonra bəd şişlərin əmələ gəlməsinə səbəb ola bilər. Bir çox ölkələrdə onkoloji xəstəliyin artması
azot gübrəsinin böyük dozalarda tətbiq edilməsi və qrunt sularında nitratların yüksək miqdarda
olması ilə üst-üstə düşür. Hətta paxlalı bitkilərdə zülal toplanması zamanı (hektara 3 tondan artıq)
hava azotunun simbiotik yolla təsbit olunmasında təhlükə yoxdur.
Atmosfer azotunun simbiotik yolla təsbit olunması sayəsində, məhsul vahidi üçün enerji
sərfinə qənaət olunması təmin edilir. Məsələn, azot gübrəsinin hesabına alınan 1 kq qılçıqsız
tonqalotu zülalı üçün enerjinin maya dəyəri 65 MCol, bioloji azotun iştirakı ilə əldə edilən 1 kq
yonca zülalı 21, çəpişotu isə 14 MCol təşkil edir.
Hava azotunun təsbit olunması olduqca enerji tutumlu prosesdir. Bir ton azotun texniki yolla
təsbit edilməsi və onun mineral azot formasına çevrilməsinə 80 QCol yaxın enerji sərf olunur.
Azotun simbiotik təsbit olunması fotosintez prosesində toplanan (akkumulyasiya) günəş
enerjisinin hesabına həyata keçir.
Havanın bioloji azotunu fəal təsbit edən paxlalı bitkilər becərilməklə torpağın təbii
münbitliyini saxlamaq və hətta geniş təkrar istehsal hesabına problemi həll etmək olar. Yonca və
üçyarpaq kimi yüksək məhsuldar bitkilər becərildikdən sonra yaxud vegetasiya müddətində
torpaqda kök və kövşən qalıqları ilə bitkinin apardığından daha çox, bir hektarda 80-100 kq azot
saxlayır. Bitki qalıqlarının sonrakı təsir zamanı bir hektardan 1,5-2,0 ton əlavə dən əldə etmək üçün
bu azot (2-3 il) kifayət qədərdir. Beləliklə, hava azotunun simbiotik təsbit olunması zaman paxlalı
bitkilər yalnız yüksək zülallı məhsulla təmin edilmir, ancaq növbəli əkində sonrakı bitkinin məhsulu
artır, torpağın münbitliyi mühafizə olunur.
Azotun bioloji yolla təsbit olunmasında aktinoriz (şüalı göbələklər) simbioz və sərbəst
yaşayan diazotroflar (iki dəfə artıq azot mənimsəyən) müəyyən zənginlik gətirə bilərlər.
Paxlalı bitkilərlə fır bakteriyalarının müştərək simbiozu daha çox praktiki maraq yaradır.
Azotun təsbit olunması torpağın üzvi maddələrinin enerjisindən və bitki ekssudantlarından
(son dərəcə məhdud) istifadə edən sərbəst yaşayan diazotrof bakteriyalardan fərqli olaraq, azotun
simbiotik yolla təsbit olunması fotosintez prosesində bitkilərdə toplanan günəş enerjisinin hesabına
gedir.
Dostları ilə paylaş: